Əhməd Davudoğlu

Əhməd Davudoğlundan qəribə terror açıqlaması

267
(Yenilənib 00:08 20.03.2016)
Türkiyənin baş naziri: Terrorçu-kamikadzelərin bu cür hücumları Türkiyənin terrorla mübarizədəki mövqeyinin nə qədər düzgün olduğunu göstərir.

BAKI, 19 mart-Sputnik. Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib ki, İstanbulda törədilən partlayışın qurbanlarının əksəriyyəti xarici ölkələrin vətəndaşlarıdır. 

Sputnik-in məlumatına görə, bu gün İstanbulda baş verən terror aktından sonra keçirilən hökumətin qapalı toplantısının ardından mediaya yazılı açıqlama verən Davudoğlu deyib:

"Terror aktı nəticəsində ölənlərin əksəriyyəti əcnəbidir. İstintaq davam etdirilir, yaxın zamanda bunun üstü açılacaq. Terrorçu-kamikadzelərin bu cür hücumları Türkiyənin terrorla mübarizədəki mövqeyinin nə qədər düzgün olduğunu göstərir. Terrorçular bu cür hücumlarla məqsədlərinə çatmayacaqlar, biz terrorçuluğa qarşı qətiyyətli mübarizəmizi davam etdirəcəyik."

İstanbulda bu gün baş vermiş partlayış nəticəsində 5 nəfər ölüb, 36 nəfər yaralanıb.

267
Teqlər:
İstanbul, terrorçu-kamikadze, Türkiyə, Türkiyə baş naziri Əhməd Davudoğlu, terror
Əlaqədar
Parisdə törədilən terror aktlarında əsas şübhəli həbs edilib
Türkiyədə növbəti terror xəbərdarlığı: Bu tarixlərə diqqət!
Ankarada növbəti terror həyacanı: konkret tarix açıqlandı
İkinci Ankara terroru: Ərdoğanın Bakıya yolunu niyə kəsdilər?
İstanbulun mərkəzində partlayış baş verib
Avropa Liqasının qrup mərhələsinin 2-ci tutu çərçivəsində Qarabağ - Vilyareal matçı

"Qarabağ" azarkeşlərini məyus etdi

33
(Yenilənib 23:52 29.10.2020)
Azərbaycanın "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

BAKI, 29 oktyabr — Sputnik. "Qarabağ" və İspaniyanın "Vilyarreal" komandaları arasındakı UEFA Avropa Liqasının I qrupunun II tur matçı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, görüş Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutub.

Komandalar oyunun birinci hissəsini heç-heçə başa vurublar. İkinci hissədə isə "Qarabağ"ın oyunçusu Kvabena Ovusu fərqlənib. O, 78-ci dəqiqədə hesabı açıb. Lakin Ağdam klubunun azarkeşlərinin sevinci uzun çəkməyib. 2 dəqiqə sonra "Vilyarreal" Yeremi Pinonun vurduğu qolla hesabı bərabərləşdirib. Matçın 84-cü dəqiqəsində Pako Alkaser Ağdam klubunu cəzalandırıb. "Vilyarreal" ikinci qolla önə çıxıb. 

Oyuna əlavə edilən dəqiqələrdə "Vilyarreal" 3-cü topu "Qarabağ"ın qapısından keçirib. Üçüncü topu da 90+6-cı dəqiqədə penaltidən Pako Alkaser vurub.

Beləliklə, "Qarabağ"-"Vilyarreal" matçında oyun ispan klubunun qələbəsi ilə başa çatıb.

Bu oyunun nəticəsi olaraq xallarını 6-ya çatdıran "Vilyarreal" qrupda liderliyini möhkəmlədib. "Qarabağ" isə 1 xalla 3-cü pillədə qalıb.

33
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop

Azərbaycan Türkiyə spikerləri: "Bu iki qardaş xalq həmişə bir-birinin yanında olacaq"

19
(Yenilənib 23:27 29.10.2020)
Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop Türkiyənin bundan sonra da Azərbaycanın yanında olacağını və Azərbaycan torpaqlarının tezliklə tamamilə düşmən tapdağından azad olunacağı günü səbirsizliklə gözlədiklərini diqqətə çatdırıb.

BAKI, 29 oktyabr — Sputnik. Oktyabrın 29-da Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopla telefonla danışıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Milli Məclisin Sədri türkiyəli həmkarına 29 oktyabr - Cümhuriyyət Günü münasibətilə təbriklərini çatdırıb, qardaş türk xalqına tərəqqi və firavanlıq arzulayıb.

Milli Məclisin Sədri qardaş Türkiyə Respublikasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizə göstərdiyi dəstəyə görə bir daha minnətdarlığını bildirib, iki qardaş xalqın həmişə bir-birinin yanında olacağına əminliyini ifadə edib.

Sahibə Qafarova Ermənistanın son dövrlər döyüş meydanında məruz qaldığı uğursuzluqlarla barışmayaraq mülki əhalini hədəfə aldığını və bunun insanlıq əleyhinə yönələn müharibə cinayəti olduğunu ifadə edib.

Sahibə Qafarova telefon söhbətinin sonunda bildirib ki, bütün Azərbaycan xalqı öz dövlətinin və Prezidentinin yanındadır. "Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bərqərar olmuş güclü idarəçilik sistemi, iqtidarla xalq arasında mövcud olan sarsılmaz birlik Dağlıq Qarabağ məsələsinin tamamilə həllini təmin edəcək".

Təbriklər və xoş sözlər üçün təşəkkürünü bildirən Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop Türkiyənin bundan sonra da Azərbaycanın yanında olacağını və Azərbaycan torpaqlarının tezliklə tamamilə düşmən tapdağından azad olunacağı günü səbirsizliklə gözlədiklərini diqqətə çatdırıb.

19