ABŞ İlham Əliyevin addımını alqışladı

© AFP 2023 / Paul J. RichardsСимвол Государственного департамента США в зале для брифингов. Архивное фото
Символ Государственного департамента США в зале для брифингов. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət Departamenti: "Biz əlavə müsbət addımlar üzrə Azərbaycan hökuməti ilə əməkdaşlığı davam etdirmək niyyətindəyik"

BAKI, 18 mart-Sputnik. ABŞ Azərbaycan prezidenti İlham Əliyevin əfv sərəncamı imzalamasını və məhkəmənin jurnalist Rauf Mirqədirovun azadlığa buraxılması barədə qərar qəbul etməsini alqışlayıb.

Sputnik APA-ya istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilir. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev - Sputnik Azərbaycan
İlham Əliyev adları "siyasi məhbus" siyahısında olan şəxsləri azadlığa buraxdı
Bəyanatda ABŞ-ın Azərbaycan hökumətinin atdığı bu müsbət addımı alqışladığı vurğulanır.

"Biz əlavə müsbət addımlar üzrə Azərbaycan hökuməti ilə əməkdaşlığı davam etdirmək niyyətindəyik" — deyə bəyanatda qeyd olunur.

Martın 17-də Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə 148 məhbus azadlığa qovuşub. Onların arasında ictimai-siyasi fəaliyyəti ilə tanınmış şəxslər də var.

Həmçinin ötən gün məhkəmə dövlətə xəyanət ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilən Rauf Mirqədirovun 5 il sınaq müddəti təyin olunmaqla azadlığa buraxılması barədə qərar qəbul edib.

Xəbər lenti
0