CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“ASAN xidmət”dən daha bir yenilik

© Sputnik / Murad OrujovЦентр ASAN Xidmət
Центр ASAN Xidmət - Sputnik Azərbaycan
Abunə olmaq
“ASAN xidmət” vətəndaşlara şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının ünvanlara çatdırılma xidmətini təqdim edir.

BAKI, 17 mar — Sputnik. “ASAN xidmət” vətəndaşlara şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının ünvanlara çatdırılma xidmətini təqdim edir. "ASAN" xidmətin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, ilk olaraq pilot layihə çərçivəsində Həsən Əliyev 36 ünvanında yerləşən 1 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciət etmiş vətəndaşlar bu xidmətdən yararlana biləcəklər.  

Beləki, sənədlər hazır olduqdan sonra qeyd edilən saatlarda vətəndaşa çatdırılır və məxsus olduğu şəxsə təqdim olunur. Sənədlərin çatdırılma müddəti isə həftənin beş günü saat 11:00-dan 20:00-dək, şənbə və bazar günləri saat 11:00-dan 17:00-dəkdir. 

Qeyd edək ki, sosial həmrəyliyin təmin edilməsi məqsədi ilə sənədlərin çatdırılması kənardan qulluğa və yardıma ehtiyacı olan əlillər, sağlamlıq imkanları məhdud uşaqlar üçün xidmət haqqı ödənilmədən həyata keçirilir.

Xatırladaq ki, sənədlərin çatdırılma xidmətindən faydalanmaq və ətraflı məlumat almaq istəyən vətəndaşlar “ASAN xidmət”də məlumat köşkünə yaxınlaşa və ya 108 Çağrı Mərkəzinə zəng edə bilərlər.

Xəbər lenti
0