Bakıda yanğın baş verib

Bakının mərkəzində dəhşətli yanğın

126
(Yenilənib 22:27 16.03.2016)
«Azəriqaz»ın təmir işləri fəlakətlə nəticələndi.

BAKI, 16 mart-Sputnik. Bu dəqiqələrdə Bakının keçmiş Sovetski küçəsinin ərazisində — M.Əliyev küçəsində şəxsi evlərdən biri yanır.

Sputnik virtualaz-a istinadla xəbər verir ki, yanğın nəticəsində ölənlər var, hazırda onların kimliyi və sayı müəyyənləşdirilir.

Yanğının aradan qaldırılması üçün FHN-in bir neçə yanğınsöndürən texnikası cəlb olunub, hadisə yerinə polis əməkdaşları gəlib.

Məlumata görə, yanğına qazla ehtiyatsız davranma səbəb olub.

Xatırladaq ki, bu gün profilaktik işlərlə əlaqədar «Azəriqaz» İB Bakının bəzi yerlərinə təbii qaz verilişini dayandırmışdı.

Yanğının baş verdiyi evdə qaz plitəsinin açarları açıq qalıbmış. Evlərə qaz verilişi bərpa olunarkən yanğın baş verib.

126
Teqlər:
Sovetski, "Azəriqaz", Bakı, yanğın
Əlaqədar
Bakıda metro tikintisində yanğın baş verib
Bakıda uşaq sanatoriyasında yanğın baş verdi
Bakıda “KFC” kafesində yanğın başlayıb
Evdə yanğın nəticəsində 7 uşaq diri-diri yanaraq öldü