Bakubus avtobusları

Bakıya 250 avtobus gətirilib

20
(Yenilənib 20:23 16.03.2016)
Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejiminə keçib.

BAKI, 16 mar — Sputnik. Novruz bayramı ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejiminə keçib.

Fins.az xəbər verir ki, bu barədə kompleksin rəsmisi Məhəmməd Abdullayev məlumat verib. Onun sözlərinə görə, yeni iş rejimi martın 28-nə qədər davam edəcək: “Bayram öncəsi sərnişin sıxlığını nəzərə alaraq kənardan 250-dək sərnişin daşıyan nəqliyyat vasitəsi ehtiyat kimi dəvət edilib. Adi günlərdə avtovağzaldan 300-340 nəqliyyat vasitəsilə 7-8 min sərnişin yola salınırdısa, bayram günlərində 600-700 nəqliyyat vasitəsilə 16-17 min nəfər sərnişinin yola salınması nəzərdə tutulur".

M.Abdullayev bildirib ki, adi günlərdə olduğu kimi, bayram günlərində də sərnişin avtobuslarına bilet satışı 10 gün əvvəldən həyata keçirilir: "Bilet satışları həm Avtovağzalın kassalarından, həm də online satış vasitəsilə həyata keçirilir. Bilet satışında süni qiymət artımı hallarının qarşısını almaq üçün avtovağzal rəhbərliyi kənardan dəvət olunan nəqliyyat vasitələrinə nəzarət etmək üçün 11 nəfərdən ibarət Qiymət Komissiyası yaradıb. Əgər nəqliyyat vasitələri qiymət intizamını pozarsa və ya sərnişinlərlə kobud rəftar edərsə, həmin nəqliyyat vasitəsinin sürücüsü və sahibkar xətdən uzaqlaşdırılacaq".

20