ATV-nin əməkdaşları

ATV-nin əməkdaşlarını aparan maşın Qarabağ kanalına düşüb

127
"Ləziz Macəra" verilişinin əməkdaşları yaralı halda Bərdə rayon xəstəxanasına yerləşdiriliblər.

BAKI, 14 mart-Sputnik. ATV telekanalının əməkdaşlarının olduğu avtomobil Bərdədə qəzaya düşüb. 

Sputnik APA-ya istinadla xəbər verir ki, avtomobil Qarabağ su kanalının Bərdə rayonu Mirzalıbəyli kəndi ərazisindən keçən hissəsində körpü üzərində dönmə əməliyyatını düzgün həyata keçirməyib və nəticədə suya düşüb.

Telekanalın Xəbərlər departamentinin rəhbəri Vaqif Aydınoğlunun verdiyi məlumata görə, qəza nəticəsində sürücü Cehyun Sultanovun ayağı sınıb. "Ləziz Macəra" verilişinin aparıcısı Aysel Nazimqızı isə yüngül xəsarət alıb. Hazırda hər iki şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyəti normaldır.

"ATV rəhbərliyi dərhal hadisə ilə maraqlanıb, Bərdə rayonu ilə əlaqə saxlanılıb və xəsarət alan əməkdaşlarımıza lazımi tibbi yardımın göstərilməsi üçün tədbirlər görülür" — deyə Vaqif Aydınoğlu bildirib.

127
Teqlər:
ATV, ATV telekanalı, Ləziz Macəra verilişi, Qarabağ kanalı, Bərdə Rayon Mərkəzi Xəstəxanası, Aysel Nazimqızı, Vaqif Aydınoğlu
Əlaqədar
Paytaxtda dəhşətli qəza: 14 nəfər xəsarət alıb
Bakıda qəza törədən avtobus sürücüsü tutuldu
Ölümlə nəticələnən qəza törədən avtobus sürücüsü axtarışa verildi
Yevlaxda qəza oldu, yaralananlar var
Ziya Bünyadov prospektində baş verən qəza sıxlığa səbəb olub

Vladimir Putin özünü əla hiss edir

1898
(Yenilənib 14:57 20.09.2021)
Rusiya Prezidenti ətrafında koronavirusa yoluxma hallarının artması səbəbindən karantin rejimindədir və özünü əla hiss edir.

BAKI, 20 sentyabr — Sputnik. Özünütəcrid rejimində olan Rusiya Prezidenti Vladimir Putin özünü əla hiss edir.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

"Prezident özünü əla hiss edir, işləyir. Lakin bu həftə tədbirlər əsasən videokonfrans rejimində keçiriləcək", - deyə Rusiya Prezidentinin mətbuat katibi bildirib. 

14.09.2021 - 113:31

Vladimir Putin özünü təcrid etdi

Rusiya Prezidenti Vladimir Putin ətrafında koronavirusa yoluxma hallarının artması səbəbindən özünütəcrid rejiminə əməl etməli olduğunu bildirib. Bu barədə RİA Novosti Kremlə istinadla məlumat yayıb.

Qeyd edək ki, Rusiya Prezidenti ötən il "Sputnik-V" peyvəndi vurdurduğunu və prosesdən sonra özünü yaxşı hiss etdiyini bildirmişdi.

Xatırladaq ki, digər dövlət başçılarından fərqli olaraq Vladimir Putin peyvənd olunarkən foto çəkdirməmişdi.

1898
İlyas Hüseynov

Politoloq: “Ermənistan tərəfinə şərtlər irəli sürülüb”

6
(Yenilənib 14:39 20.09.2021)
Politoloq İlyas Hüseynov bildirib ki, əgər bölgənin gələcəyindən söhbət gedirsə, liderlərin təmas qurması mühim xarakter daşıyır
İlyas Hüseynov: “Türkiyə prezidenti ilə Paşinyan arasında görüş keçirilə bilər”

Zəngəzur koridorunun açılması Azərbaycan-Ermənistan münasibətlərindəki çətinliyə müsbət töhfə verəcək. Bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Politoloq İlyas Hüseynov Türkiyə prezidentinin fikirlərini Sputnik Azərbaycan-a şərh edib. Politoloq bildirib ki, Zəngəzur dəhlizinin açılması həm də Ermənistanla Türkiyə arasında əlaqələrin bərpasını təmin etmiş olacaq: “Dəhlizin açılması iqtisadi fəallığı artırmaqla bölgədə sülhün davamlılığının təmin edilməsinə yönəlib. Təəssüf ki, Ermənistan tərəfi dəhlizin açılmasına tələsmir. Bununla da imzalanmış üçtərəfli bəyanatın tətbiqini çətin vəziyyətdə qoyur. Ola bilsin ki, Türkiyə prezidenti ilə Paşinyan arasında görüş keçirilsin. Əgər bölgənin gələcəyindən söhbət gedirsə, liderlərin təmas qurması mühim xarakter daşıyır. Sərhədlərin açılması məsələsinə yenidən baxıla bilər, ancaq bunun  üçün Ermənistan tərəfinə şərtlər də irəli sürülüb. Hazırda Ermənistan tərəfindən hansısa konstruktiv addımların atılmasını görmürük”.

İlyas Hüseynovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

6