Дональд Трамп

Donald Tramp praymerizdə Ted Kruzu darmadağın etdi

21
(Yenilənib 11:08 09.03.2016)
Martın 8-də respublikaçıların Miçigan və Missisipi ştatlarında keçirilən praymerizinin nəticələrinə görə, Donald Tramp qalib gəlib.

BAKI, 9 mart-Sputnik. ABŞ-da prezidentliyə namizədləri müəyyən etmək üçün Respublikaçı və Demokrat partiyaları daxilində ilkin seçki yarışı davam edir. 

Sputnik "CBS News"a istinadən xəbər verir ki, martın 8-də respublikaçıların Miçigan və Missisipi ştatlarında keçirilən praymerizinin nəticələrinə görə, Donald Tramp qalib gəlib. D. Tramp 48%, onun əsas rəqibi Ted Kruz isə 38% səs alıb.

Missisipidə demokratların yarışında böyük səs faizi ilə Hillari Klinton qalib gəlib. O səslərin 83 faizini, yeganə rəqibi Berni Sanders isə 16 faizini toplayıb.

Miçiqan ştatında respublikaçıların mübarizəsində yenə Tramp qalib gəlib. O, 36%, T. Kruz isə 25% səs alıb. Eyni ştatda demokratların səsverməsində Berni Sanders 50% səs toplayaraq 1-ci, Hillari Klinton isə 48% səslə 2-ci olub.

Respublikaçılar Aydaho ştatında da ilkin seçki keçirib. Bu ştatda 44% səs yığan Ted Kurz qalib gəlib. Donlad Tramp isə 28% səs alıb.

ABŞ-da prezident seçkiləri bu il noyabrın 8-də keçiriləcək. Demokratlar və Respublikaçılar öz namzədlərini iyul ayında rəsmən elan edəcəklər.

21
Teqlər:
Berni Sanders, Mississippi, Michigan, Missisipi, Miçiqan, Donald Tramp, Ted Kruz, Hillary Clinton, Respublikaçılar, Demokratlar Partiyası, Donald Trump
Əlaqədar
Tramp növbəti qələbəsini qazanaraq respublikaçıların favoriti imicini möhkəmlədib
Cənubi Karolina ştatındakı ilkin seçkidə Hillari Klinton qalib gəlib
Hillari Klinton seçki kampaniyası üçün 45 milyon dollar ianə toplayıb

COVID-lə mübarizədə həkimlərimizə italyanlar kömək edəcəklər - FOTO

7
(Yenilənib 21:18 03.08.2020)
Altı mütəxəssis təxminən iki həftə Azərbaycanda qalacaq və azərbaycanlı həmkarları ilə birlikdə COVID-19 ilə mübarizə və onun qarşısının alınması sahəsində məsləhət, kömək və təlim fəaliyyətlərini həyata keçirmək üçün yerli orqanlarla əməkdaşlıq edəcək

BAKI, 3 avqust — Sputnik. Bu gün İtaliya Mülki Müdafiə İdarəsinin nümayəndə heyəti Azərbaycanın COVID-19 epidemiyası ilə mübarizə səylərini dəstəkləmək məqsədi ilə Maliyyə Qvardiyası tərəfindən təşkil edilən xüsusi reys ilə Bakıya gəlib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı İtaliyanın ölkəmizdəki səfirliyi yayıb.

Məlumata görə, komanda Pyemont, Toskana, Valle d'Aosta və iyun ayından etibarən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə yüksək səviyyəli əməkdaşlıq proqramına başlamış və yoluxucu xəstəliklərin araşdırılmasında dünya səviyyəli bir mərkəz olan Roma "Lazzaro Spallanzani" Milli İnfeksiya Xəstəlikləri İnstitutundan gələn həkimlər və tibb bacıları daxil olmaqla altı nəfərdən ibarətdir.

"İtaliya pandemiyanın ən ağır həftələrində Azərbaycan kimi dost ölkələrin göstərdiyi yaxınlığı unutmur: beynəlxalq həmrəyliyin dəyəri tariximizin və xalqımızın qan yaddaşının ayrılmaz bir hissədir. İtaliya ölkələrimiz arasındakı dostluğu fəaliyyətlərlə qiymətləndirmək niyyətindədir", - İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari qeyd edib.

Altı mütəxəssis təxminən iki həftə Azərbaycanda qalacaq və azərbaycanlı həmkarları ilə birlikdə COVID-19 ilə mübarizə və onun qarşısının alınması sahəsində məsləhət, kömək və təlim fəaliyyətlərini həyata keçirmək üçün yerli orqanlarla əməkdaşlıq edəcək.

7
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Əlaqədar
Azərbaycanda daha 647 nəfər COVID-19-dan sağalıb
COVID-19-la mübarizə qripə yoluxmanı da azaldıb - TƏBİB
Azərbaycanda karantin rejimi qismən yumşaldılır - DETALLAR
Azərbaycana Uhan şəhərindən ekspertlər gələcəklər

Çantanı yığandan sonra sayta bax: çimərliyə gedənlər üçün təlimat

3
(Yenilənib 20:42 03.08.2020)
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) yeni qaydalarla bağlı videotəlimat hazırlayıb

BAKI, 3 avqust — Sputnik. Avqustun 5-dən etibarən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində ölkə üzrə çimərliklərin istifadəsinə icazə verilir.

Sputnik Azərbaycan xəbər verir ki, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında yer alıb.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) yeni qaydalarla bağlı videotəlimat hazırlayıb:

 

3
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
Son 27 gün: çimin, çimə bildiyiniz qədər
Yeni portal çimərliyə getmək üçün icazə vermir
Azərbaycanda karantin rejimi qismən yumşaldılır - DETALLAR
Üzünə həsrət qaldığımız təbiət: Bizə cəllad lazım deyil, özümüz özümüzü məhv edəcəyik