Müğənni Şivan Pərvər

Kürd müğənni PKK-nı lənətlədi

50
Şivan Pərvər: Türklər və kürdlər əsrlərdir birlikdə yaşayır və əbədiyyətə qədər də qardaş qalacaqlar. Heç bir terror təşkilatı kürd-türk qardaşlığını zədələyə bilməz.

BAKI, 9 mart — Sputnik. Kürd xalqının Yaxın Şərqdə, həmçinin dünyada ən çox tanınan müğənnisi Şivan Pərvər İraqın şimalında İŞİD-ə qarşı döyüşən ordu birliklərini ziyarət edib. Ziyarət əsnasında hərbçi qadınlarla da görüşən sənətçi onların 8 mart bayramını təbrik edib.

Sputnik Timeturk-ə istinadən xəbər verir ki, hərbçilər önündə duyğusal mesajlar verən Şivan Pərvər, Türkiyənin cənub-şərqində ordunun PKK-ya qarşı yürütdüyü anti-terror əməliyyatlarına da toxunub.

Heç bir terror təşkilatı kürd-türk qardaşlığını zədələyə bilməz deyən müğənni, bu iki xalqın minillərdir birgə qardaş kimi yaşadığını xatırladıb:

"Türklər və kürdlər əsrlərdir birlikdə yaşayır və əbədiyyətə qədər də qardaş qalacaqlar. Ortada həll oluna bilməyəcək heç bir problem yoxdur. Ümid edirəm, bu torpaqlarda sülh tezliklə bərqərar olar".

50
Teqlər:
Şivan Pərvər, Kürd, PKK, Yaxın Şərq, Türkiyə, türk, İŞİD
Əlaqədar
Kürd qruplaşmaları ABŞ-ın Suriyaya atdığı silahları ələ keçirib
Ərdoğan: PKK-nın məqsədi türk-kürd qardaşlığını yox etməkdir
Erməni və kürd terror təşkilatları əməkdaşlıq edir
Suriyada türk əsgərləri ilə kürd silahlıları arasında toqquşma oldu
Kürd deputatdan təklif: Türkiyə Yunanıstanın borcunu ödəsin