İŞİD-in gürcü lideri məhv edilib

© REUTERS / Ali HashishoФлаг ИГ на одной из улиц ливанского города-порта Сидон
Флаг ИГ на одной из улиц ливанского города-порта Сидон - Sputnik Azərbaycan
Abunə olmaq
Pentaqon İŞİD liderlərindən olan Əbu Omar aş-Şişaninin öldürüldüyünü təsdiqləyib.

BAKI, 9 mart-Sputnik. Pentaqon İŞİD liderlərindən olan Əbu Omar aş-Şişaninin öldürüldüyünü təsdiqləyib.

Sputnik-in məlumatına görə, ABŞ hərbi qüvvələri İŞİD-in liderlərindən olan Əbu Omar aş-Şişanini zərərsizləşdirdiyi barədə daha əvvəl yayılan xəbərlərin doğru olduğunu açıqlayıb.

ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Pter Kuk bildirib ki, əsl adı Tarxan Batiraşvili olan gürcü əsilli terrorçu 4 mart tarixində Suriyanın Əş-Şaddad şəhərinə endirilən aviazərbələr zamanı məhv edilib.

Piter Kuk əş-Şişaninin ölümünün İŞİD-in Qafqaz regionundakı tərəfdarlarının vəziyyətini çətinləşdirəcəyini də əlavə edib.

Xəbər lenti
0