Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Restorandan oğurluq edənlər saxlanıldı

© gazeta-bam.ruhəbs
həbs - Sputnik Azərbaycan
Abunə olmaq
Siyəzən Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edən restoran sahibi ona məxsus obyektdən 2 ədəd televizor və 1 ədəd peyk aparatının oğurlanması barədə məlumat verib.

BAKI, 8 mart — Sputnik. Siyəzəndə rayon sakin Xalıqov Əlyusif Rza oğluna məxsus “Buta” restoranından oğurluq etməkdə təqsirləndirilən şəxslər saxlanılıb.

APA-nın verdiyi məlumata görə, Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edən restoran sahibi ona məxsus obyektdən 2 ədəd televizor və 1 ədəd  peyk aparatının oğurlanması barədə məlumat verib.

Bundan başqa, Siyəzən sakini Əbdülov Mübariz Mustafa oğlu Siyəzən RPŞ-ya müraciət edərək Heydər Əliyev küçəsində yerləşən mağazadan 06 fevral 2016-cı ildə 80 manat pul və 110 manat dəyərində müxtəlif malların oğurlandığını bildirib.

Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində qeyd olunan faktların 1987-ci il təvəllüdlü, Siyəzən şəhər sakini, əvvəl məhkum olunan  Bəylərov İlkin Novruz oğlu tərəfindən törədilməsi müəyyən olunub. O, saxlanılaraq istintaqa təhvil verilib. İ. Bəylərov barəsindı cinayət məcəlləsinin 177.2.2,177.2.3 və177.2.4-cü maddələri üzrə cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti
0