İran parlamentində yaz sessiyası

Demokratik seçki olsa, İran türk dövlətinə çevriləcək

1824
(Yenilənib 15:23 02.03.2016)
İran Məclisinə deputatlığa namizəd: İranda öz millətini düşünən azərbaycanlılara seçilmək haqqı verilmir

BAKI, 2 mart- Sputnik. İranda keçirilən son parlament seçkiləri nəticəsində artıq 220 millət vəkilinin kimliyi məlumdur. 140 namizəd isə apreldə keçiriləcək ikinci turda 70 yer uğrunda mübarizə aparacaq. İran parlamentindəki 290 yerə, bu ölkədə demoqrafik üstünlükdə olan Azərbaycan türkləri cəmi 75 namizədlə qatılmaq imkanına malik olub. O namizədlərin də böyük əksəriyyəti ikinci turda mübarizə aparmalı olacaq. Maraqlıdır ki, İran əhalisinin böyük əksəriyyətini təşkil edən azərbaycanlılar parlamentdəki yerlər uğrunda mübarizəyə niyə bu qədər az maraq göstərirlər? Sputnik bu məsələyə aydınlıq gətirmək üçün son seçkilərdə İranın Sulduz mahalının Naghadeh və Oşnəviyə bölgəsindən millət vəkilliyinə namizədliyini irəli sürmüş Abdullah Abbasi Cavanla söhbətləşib. İranlı namizədlə müsahibəni təqdim edirik.

Абдулла Аббаси Джаван
Абдулла Аббаси Джаван

– Abdullah bəy, Sizcə niyə 290 yerlik İran parlamentinə seçkidə bu qədər az azərbaycanlı iştirak edib və seçilib?

– İran parlamentində Azərbaycan türklərinin neçə yer qazandıqları dəqiq olaraq bəlli deyil. Çünkü İranda heç vaxt bu barədə rəsmi açıqlama verilmir. Yəni vəkillərin etnik tərkibi camaata açıqlanmır. Təkcə bunu demək mümkündür ki, Şərqi Azərbaycandan 19, Qərbı Azərbaycandan 12, Ərdəbildən 7, Zəncandan 5, Həmədandan 9 azərbaycanlı vəkil Məclisə daxil olub. İranın başqa yerlərində də ən azı bu qədər türk vəkilin Məclisə girmək şansı var. Məclisə girənlər Azərbaycanlı olduqları halda, onları millətin gerçək vəkilləri hesab etmək olmaz. Çünkü öz dilinə və millətinə sahib çıxan Azərbaycan türklərinə həm Güney Azərbaycanda, həm də İranın başqa yerlərində seçkilərə qatılmaq haqqı verilmir. Bu səbəbdən də İran parlamentində azərbaycanlı olsa da, Azərbaycan türklərini təmsil edən və azərbaycanlıların haqqını müdafiə edən kimsə olmur.

– Abdullah bəy, bəs hökumətə bağlı olmayan azərbaycanlılar ali qanunverici orqanda yer tutmaq istəyini ifadə edirlərmi?

– İlk öncə sizə buranın seçim sistemini açıqlamaq istəyirəm. Burada olan seçkilər gerçək seçkilər deyil. Bunun dünyada qəbul olunmuş normal demokratik seçki ilə yaxından uzaqdan bir əlaqəsi yoxdur. Bu dəfəki seçkilərdə 6000 insan namizədliyini irəli sürmüşdü, yəni adını namizəd siyahısına yazdırmışdı. Amma bunların yarıdan çoxu səsverməyə buraxılmadı. Burada Şuraye-nigəhban adında bir Dövlət İdarəsi var. Namizədlərin adları o idarəyə göndərilir. O idarə də yazılanların arasında istədiyini seçər, kiminə seçimlərə qatılmaq izni verər, kiminə də verməz.

Misal üçün deyim ki, Güney Azərbaycanı sevən və Güney azərbaycanlıların haqqını müdafiə etmək istəyən kimsəyə seçimlərə qatılmaq izni verməzlər. Belə bir sistemdə seçimlər, əslində bir oyundan başqa bir şey deyil. Bu, sanki bir kinodur, şoudur ki, dünyaya göstərsinlər ki, guya bizdə də seçki var. Mən özüm namizəd olmaq üçün Şuraye-nigəhbana müraciət etmişdim. Amma mənə seçimlərə qatılmaq izni vermədilər.

– Sizə izn verməmələrini nə ilə izah etdilər?

– Dedilər ki, sizin İslam dininə və ölkənin ali rəhbərliyinə, liderlərə bağlılığınız olmadığına görə, seçimlərə qatılmaq haqqınız yoxdur. Bu ən son gətirdikləri bəhanə idi, təbii ki.

– Yəni seçkiyə qatılmaq haqqını Konstitusiya deyil, Şuraye-nigəhban üzvü verir?

– Bəli, İranda seçimlərə qatılmaq icazəsini Şuraye-nigəhban verir. Bundan öncə də mənə demişdilər ki, siz müxalif qruplara bağlı olduğunuz üçün seçimlərə qatılmaq haqqınız yoxdur. Yəni seçilmək üçün hakimiyyətin yanında olmaq lazımdır, müxalifətdə olmaq İran vətəndaşlarını bir çox hüquqlardan, eləcə də seçki hüququndan məhrum edir. İranın demokratiya anlayışı belədir.

– Siz deyə bilərsizmi ki, hazırda ümumən İranda nə qədər azərbaycanlı yaşayır? Rəsmi rəqəmlər azərbaycanlıların İran əhalisinin 52%-ni təşkil etdiyini göstərir. Bəs sizcə realda nə qədərdir?

– İranda bir Azərbaycan türkləri var, bir də türk olub İranın fərqli yerlərində yaşıyanlar. Burada Qaşqay, Baharlı, Xorasan və s. türkləri var. İranın butun bölgə və şəhərlərində türklər yaşamaqdadır. İranda türklərin sayı, daha doğrusu, özünə türk deyənlərin sayı 25-35 milyon arasındadır. Burada türklərin sayı rəsmi olaraq dəqiq deyilməsə də, İran əhalisinin yarısından çoxu türkdür. Bura türkmənləri də əlavə etsək, İranda türklər say etibarilə mütləq üstünlükdədirlər.

– Onda belə çıxır ki, türklər parlament çoxluğunu qazanarlarsa, İranı bir türk dövlətinə çevirə bilirlər. Bəs niyə türklər buna cəhd etmirlər, birləşib onlara seçilmək imkanı verməyən rejimə qarşı mübarizə aparmırlar?

– Burada durum çox fərqlidir. Burada 5 insan bir yerə yığışıb bir qeyri-hökumət təşkilatı qurmaq istəsə, hamısını tutub həbsə atarlar. Necə ki, bizim dostlardan bir çoxu bu məsələyə görə indi zindandadırlar.

– Qərb dövlətləri İrana qarşı sanksiyaları aradan qaldırmaq qərarını verib, artıq qarşılıqlı əlaqələr qurulur. Bundan sonra İranda insan haqlarının yaxşılaşacağına ümid edirsiz?

– İrana insan haqları və demokratiya heç bir zaman gələ bilməz. Ona görə ki, bura demokratiyanın gəldiyi ilk gün bir Türk dövlətinə çevrilər. Əgər düzgün bir seçki olsa, İran insan haqlarına istinad edən, demokratik bir türk dövlətinə çevrilər. Burada qatı bir fars şovinizmi olduğuna görə, heç zaman insan haqlarına izn verilməz. Çünkü demokratiya və insan haqları gəldiyi zaman, fars şovinizmi getməlidir.

1824
Teqlər:
parlament, millət vəkili, İran, Tehran, Xorasan, Məclis, Abdullah Abbasi Cavan
Əlaqədar
İran parlamentinə seçilən 220 deputatdan cəmi 12-si qadındır
İrandakı seçkilər bölgənin demokratikləşməsinə ciddi impuls verə bilər
İrandakı seçkilərdə mühafizəkarlar qalib gələ bilər
İranda seçkilər başa çatıb, ilkin nəticələr açıqlandı
Aytən Səfərova, arxiv şəkli

Tanınmış aparıcı etiraz etdi: "Bir uşağı bütün nəsil yola salmağa gəlib"

153
Aparıcı özünün də məktəbə getməsini tənqid edənlərə: "Ağzigöyçəklər üçün məlumat: mən və kadrda gördüyünüz valideynlər ən axırda daxil olduq qapıdan. Bir dəqiqə keçmədi, hamımızı çıxartdılar", - cavabını verib.

BAKI, 23 sentyabr — Sputnik. Aparıcı Aytən Səfərova məktəblərdəki sıxlıqdan gileylənib.

Sputnik Azərbaycan xəbər verir ki, övladı Raulu birinci sinfə yollayan aparıcı məktəbə gələn valideynləri tənqid edib. "Təsəvvür edin, valideynlər şikayət edirlər. Bir uşağı qapıdan 8 nəfər yola salır. Heç bir müəllim qınanılası deyil. Sonra deyirlər, izdihamda dayanıb gözləyirik. Bir uşağı bütün nəsil yola salmağa gəlib", - deyə Səfərova bildirib.

Aparıcı özünün də məktəbə getməsini tənqid edənlərə: "Ağzigöyçəklər üçün məlumat: mən və kadrda gördüyünüz valideynlər ən axırda daxil olduq qapıdan. Bir dəqiqə keçmədi, hamımızı çıxartdılar" , -cavabını verib.

Məlumat üçün bildirək ki, Səfərova 1998-ci ilin aprel ayından etibarən ANS ÇM radiosunda fəaliyyətə başlayıb. Əvvəlcə radioda xəbər buraxılışlarının və "İsti-İsti" verilişinin aparıcısı, daha sonra ANS TV-də "Pressing", "İç xəbər" və "Xəbərçi" verilişlərinin prodüseri, "İç xəbər", "Kökaltı", "Salam, Azərbaycan" verilişinin müxbiri və aparıcısı, "Xəbərçi" verilişinin aparıcısı, prodüseri, Baş aparıcı-redaktoru vəzifələrində çalışıb. 2015-ci il sentyabrın 1-də A.Səfərova ANS TV-dən ayrılıb. Elə həmin vaxt da "Azad Azərbaycan" telekanalından təklifi qəbul edərək bu teleşirkətlə əməkdaşlığa başlayıb.

153
Bred Pitt və Ancelina Coli

Nikaha girdikləri malikanə üstündə məhkəməlik oldular

132
(Yenilənib 00:04 23.09.2021)
Məhz "Château Miraval" malikanəsində Pitt və Coli nikaha giriblər. İki il sonra isə Ancelina boşanmaq üçün məhkəməyə müraciət edib.

BAKI, 22 sentyabr — Sputnik. Hollivud ulduzları Bred Pitt və Ancelina Coli arasında birlikdə əldə edilmiş əmlak bölgüsü üstündə məhkəmə çəkişmələri davam edir. Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, bu dəfə məhkəmə prosesinin səbəbi Fransada yerləşən "Château Miraval" malikanəsi olub. Malikanənin qiyməti 60 milyon dollardan çoxdur.

Aktyor deyir ki, keçmiş həyat yoldaşı birinci il deyil ki, ona daşınmaz əmlak payını əldə etməkdə mane olur. Ancelina eks-həyat yoldaşının maliyyə maraqlarına məhəl qoymayaraq, öz aksiyalarının 40%-ni satmağa çalışır.

"Ancelina Colinin şirkəti Bred Pittin malikanəyə yatırdığı inanılmaz miqdarda pul və səylərini nəzərə almadan öz gəlirini almaq istəyir. Son dörd il ərzində Colinin "Nouvel" şirkəti müntəzəm olaraq illik hesabatın təsdiqini və menecerin səlahiyyət müddətinin uzadılmasını təxirə salırdı", - iddia ərizəsində deyilir.

Bredin ətrafından olan insayder bildirib ki, keçmiş həyat yoldaşının addımı aktyoru şoka salıb. Xatıradaq ki, məhz "Château Miraval" malikanəsində Pitt və Coli nikaha giriblər. İki il sonra isə Ancelina boşanmaq üçün məhkəməyə müraciət edib. Sonradan məlum olub ki, aktrisa keçmiş sevgilisini aqressiv davranışda və alkoqol asılılığında ittiham edirdi.

Eləcə də oxuyun:

132
Teqlər:
Ancelina Coli, Bred Pitt, malikanə, məhkəmə