Manfred Frits Bayoratın mumiyaya dönmüş cəsədi

İtkin səyyah mumiya formasında tapıldı

170
(Yenilənib 12:25 02.03.2016)
Filippinli balıqçılar Barobo şəhərinin sahilləri yaxınlığında sahibsiz, okeanda dreyf edən yaxta tapıblar.

BAKI, 2 mart-Sputnik. Filippinli balıqçılar Barobo şəhərinin sahilləri yaxınlığında sahibsiz, okeanda dreyf edən yaxta tapıblar. 12 metrlik SAYO yaxtasına baxış keçiriləndə orada mumiyaya dönmüş cəsəd tapılıb.

Sputnik milli.az-a istinadən xəbər verir ki, həmin şəxs Almaniya vətəndaşı, məşhur səyyah, 59 yaşlı Manfred Frits Bayorat idi. Manfredin ölüm səbəbləri hələ bəlli deyil. Ekspertlərin dediklərinə görə, cəsədin mumiyaya çevrilməsinin səbəbi Sakit Okeandakı quru küləklər, yüksək temperatur və duzlu havadır. Manfred Frits Bayorat Filippin sahillərində tufana düşəndə rabitə vasitəsilə fəlakət siqnalı vermək istəyib və elə masanın arxasında ürəktutmadan keçinib. Onun cəsədi də radiotelefon qarşısında oturmuş vəziyyətdə aşkarlanıb.

Manfred Frits Bayorat təcrübəli səyyah idi. O, SAYO yaxtasında 20 il ərzində 500 min mildən artıq məsafəni qət edib. Onun ötən il keçindiyi bildirilir, çünki Bayorat ötən il Facebook vasitəsilə dostuna mesaj yazmışdı. Polis səyyahın qətlə yetirildiyini düşünmür.

Manfred Frits Bayorat arvadı Klaudia ilə səyahətə çıxırdı. Onlar 2008-ci ildə boşanıblar, 2010-cu ildə isə Klaudia xərçəng xəstəliyindən vəfat edib. Həmin ildən sonra Manfred təkbaşına səyahətə çıxırdı. Almaniyanın soyuq qışını sevməyən mərhum səyyah həmin aylarda okeanda olmağa üstünlük verirdi.

170
Teqlər:
mumiya, Klaudiya, Manfred Frits Bayorat, yaxta, SAYO, Barobo, Filippin, Almaniya
Əlaqədar
Dünyanın ilk və yeganə duz mumiyası Azərbaycanda tapılıb
Azərbaycanda tapılan mumiyanın şəkilləri
Yeni Azərbaycan Partiyasının inzibati binası

Parlament sədri: “YAP-ın qurultayında mühüm qərarlar qəbul edilib”

2
"Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, partiyamızın yeni Nizamnaməsinə uyğun olaraq, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Sərəncamı ilə Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edilib"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 9 mart — Sputnik. "Martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib. Mən YAP-ın qurultayı münasibətilə partiyanın bütün üzvlərini ürəkdən təbrik edirəm. Qurultayda Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev geniş nitqlə çıxış edib". Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

"Proqram xarakteri daşıyan bu nitqdə ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan partiyanın yaranma tarixinə, ölkəmizin ictimai-siyasi inkişafında oynadığı son dərəcə mühüm rola nəzər salınıb, Azərbaycanın siyasi, iqtisadi və hərbi potensialının gücləndirilməsi, dünyanın hesablaşdığı nüfuzlu bir dövlətə çevrilməsi üçün görülmüş işlərdən, qarşıda dayanan vəzifələrdən bəhs edilib"-deyə o qeyd edib.

Sədr bildirib ki, bu gün biz qürurla söyləyirik ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri ölkəmizin başlıca problemini həll edib, 30 ilə yaxın müddətdə Ermənistanın işğal altında saxladığı torpaqlarımızı azad edib, dövlətimizin ərazi bütövlüyünü bərpa edib. Bununla da ölkəmizdə və bölgədə tamamilə yeni geosiyasi vəziyyət yaranıb. Möhtərəm Prezidentimizin dediyi kimi, biz bütün addımlarımızı düzgün atmalıyıq ki, daim qələbə qazanaq, Azərbaycan bayrağı daim yüksəklərdə olsun.

O qeyd edib ki, qurultayda bir sıra mühüm qərarlar qəbul edilib, struktur və kadr dəyişiklikləri həyata keçirilib: "Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, partiyamızın yeni Nizamnaməsinə uyğun olaraq, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin Sərəncamı ilə Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edilib. Mən bütün həmfikirlərim adından Mehriban xanım Əliyevanı təbrik edir, bu şərəfli və məsul vəzifədə ona uğurlar arzulayıram. Eyni zamanda, partiyanın rəhbər orqanlarına seçilmiş həmkarlarımızı təbrik edirəm. İnanıram ki, onlar bu yüksək etimadı öz fəaliyyətləri ilə doğruldacaqlar".

"Yeni Azərbaycan Partiyası xalqın istək və arzularını təcəssüm etdirən siyasi qüvvə kimi tarixi zərurətdən yaranmış, vətənpərvərlik, əqidə birliyi, dövlət müstəqilliyi və suverenlik, azərbaycançılıq ideyalarının möhkəm təməli üzərində inkişaf etmiş və ölkəmizin siyasi həyatında indiki mövqeyinə yüksəlib. Mən əminəm ki, Yeni Azərbaycan Partiyasının üzvləri möhtərəm Prezidentimiz, partiyamızın sədri cənab İlham Əliyevin həyata keçirdiyi möhtəşəm işləri və yeni quruculuq siyasətini dəstəkləmək üçün onun ətrafında daha sıx birləşərək Azərbaycanın xoşbəxt gələcəyi naminə bundan sonra da var qüvvələrini sərf edəcəklər"-deyə o əlavə edib.

 

2
Yarmarka

Deputat bahalaşma ilə bağlı həyəcan təbili çaldı

4
"Heç olmasa Novruz bayramında sosial təminata ehtiyacı olan ailələrin süfrə açmasına imkan yaratmaq lazımdır. Dünyada bayramlar zamanı qiymətlər düşür, bizdə isə əksinədir"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 9 mart — Sputnik. "Benzinin qiyməti cəmi 10 qəpik bahalaşdı, amma bundan sonra monopolistlər hər gün qiymətləri bahalaşdırmağa başladılar. Hər gün demək olar ki, eyni məhsullar müəyyən qədər bahalaşır".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.

Deputat qeyd edib ki, heç olmasa Novruz bayramında sosial təminata ehtiyacı olan ailələrin süfrə açmasına imkan yaratmaq lazımdır: "Dünyada bayramlar zamanı qiymətlər düşür, bizdə isə əksinədir. Dünyada qiymətləri aşağı salanlar itirmirlər, əksinə qazanırlar. Dünya təcrübəsini artıq biz də tətbiq etməliyik. İqtisadi azadlıqları genişləndirməklə ölkədə məhsul bolluğu yaratmalıyıq. Ən əsası monopoliyaya son qoyulmalı, bəzi işbazların fəaliyyətinin qarşısı alınmalıdır".

4