Здание Аппарата Президента Азербайджанской Республики

Əfv Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib

17
İclasda əfvlə bağlı müraciətlərə baxılıb.

BAKI, 1 mart — Sputnik. Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibdə ilk iclası keçirilib.

Komissiyanın üzvü Mehdi Mehdiyevin APA-ya verdiyi məlumata görə, iclasda əfvlə bağlı müraciətlərə baxılıb.

Onun sözlərinə görə, komissiyaya əfvlə bağlı xeyli sayda müraciət daxil olub və araşdırılır: “Komissiyanın bir neçə iclasının keçirilməsi nəzərdə tutulur”.

M. Mehdiyev Novruz bayramı ərəfəsində prezident İlham Əliyev tərəfindən əfv sərəncamının imzalanacağına ümid etdiklərini də bildirib.

17
YPX avtomobili, arxiv şəkli

DYP sürücülərə xəbərdarlıq etdi

3
Baş DYP İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır ki, təyinatından və istehsal ilindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş müddətdə teniki baxışdan keçirilməmiş avtomobillərin idarə edilməsi xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanır.

BAKI, 27 noyabr — Sputnik. Baş Dövlət Yol Polisi İdarəsi texniki baxışla bağlı sürücülərə müraciət edib. Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına istinadla xəbər verir ki, texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı SMS məlumat almış şəxslər istifadələrində olan nəqliyyat vasitələrini texniki baxışdan keçirmək üçün Bakı, Sumqayıt və Abşeron rayonu ərazisində yaşayan sakinlər paytaxtın Sabunçu rayonu ərazisində yerləşən Texniki Müayinə Mərkəzi, Sumqayıt Regional qeydiyyat-imtahan və texniki baxış şöbəsi ilə yanaşı paytaxtın Qaradağ rayonunun Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun 2-ci kilometrliyində yerləşən (Sədərək Ticatət Mərkəzinin yanı) yeni istifadəyə verilmiş və müаsir аvadаnlıq və ölçü cihаzlаrı ilə təchiz edilmiş Müayinə Mərkəzində, respublikanın digər şəhər və rayon sakinləri isə yaşadıqları ərazinin aid olduğu Baş DYP İdarəsinin Regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində nəqliyyat vasitələrini texniki baxışa təqdim etməlidirlər.

Nəqliyyat vasitəsinin texniki sazlığının yol hərəkəti təhlükəsizliyinə bilavasitə təsirini nəzərə alaraq, DİN Baş DYP İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır ki, təyinatından və istehsal ilindən asılı olaraq qanunvericiliklə müəyyən olunmuş müddətdə teniki baxışdan keçirilməmiş avtomobillərin idarə edilməsi xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanır və bu xətaya yol vermiş şəxslər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci ilə inzibati məsuliyyət daşıyırlar.

3
Teqlər:
Daxili İşlər Nazirliyi, Abşeron rayonu, Sumqayıt, DYP
Uşaq televizora baxır, arxiv şəkli

"Tıq-tıq dostları möcüzələr axtarışında" filminin 2-ci hissəsi çəkilir

2
(Yenilənib 13:18 27.11.2020)
Bu sirli hadisələrin ən yaxşı tərəfi Tıq-tıqa yeni bir dost qazandırması olacaqdır. Filmin istehsalının 2021-ci ilin mart ayında tamamlanacağı və tamaşaçılara təqdim olunacağı gözlənilir.

BAKI, 27 noyabr — Sputnik. "Azanfilm" studiyası "Tıq-tıq və dostları möcüzələr axtarışında" maarifləndirici, çoxhissəli animasiya filminin 2-ci hissəsinin istehsalını davam etdirir.

Sputnik Azərbaycan xəbər verir ki, animasiya filminin 2-ci hissəsində Tıq-tıq öz dostları ilə qədim yaşayış məskənlərimizdən olan Qobustana səyahət edir. Qobustan barədə maraqlı məlumatları balacalara çatdıracaq filmdə qəhrəmanlarımızın başlarına qeyri-adi və sirli hadisələr də gələcək. Bu sirli hadisələrin ən yaxşı tərəfi Tıq-tıqa yeni bir dost qazandırması olacaq.

Filmin istehsalının 2021-ci ilin mart ayında tamamlanacağı və tamaşaçılara təqdim olunacağı gözlənilir.

Mədəniyyət Nazirliyinin sifarişi ilə istehsal olunan animasiya filminin ssenari müəllifi və quruluşçu rejissoru Sultan Abbasbəyli, bəstəkarı Azər Hacıəsgərli, rəssamı Kübra Binnətova, redaktoru Yusif Şeyxov, səs rejissoru Mehman Nadirov, prodüseri Mansur Şəfiyevdir.

2
Teqlər:
Mədəniyyət Nazirliyi, film, studiya