Qazaxıstan vətəndaşı Azərbaycandan ekstradisiya edildi

Abunə olmaq
Azərbaycan Qazaxıstan vətəndaşını ölkəsinə ekstradisiya edib.

BAKI, 1 mart — Sputnik. Azərbaycan Manqıstau vilayətində özgə əmlakının mənimsənilməsi ilə bağlı axtarışda olan Qazaxıstan vətəndaşını ölkəsinə ekstradisiya edib.

Sputnik-in APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan Respublikasının Baş prokurorluğunun məlumatında deyilir.

“Azərbaycan Respublikası ərazisində xuliqanlığa görə həbs edilmiş, Qazaxıstanda özgə əmlakının mənimsənilməsinə görə axtarışda olan 42 yaşlı Qazaxıstan vətəndaşı Afət Həsənov Baş prokurorluq və Daxili İşlər Nazirliyinin əməkdaşlarına təhvil verilib”, — deyə məlumatda qeyd edlib.

A. Həsənovun ekstradisiyası barədə qərar Qazaxıstan Respublikasının sorğusu əsasında cari ilin fevralın 15-də qəbul edilib.

Xəbər lenti
0