Toğrul Türkeş - MHP-nin liderlərindən biri

Rus sevgilisindən uşağı olan nazir Tuğrul Türkeşmi?

58
Türkiyəli nazirin xarici əsilli sevgilisi 10 gün əvvəl gizli şəkildə Ankaradakı çox lüks bir xəstəxanada uşaq dünyaya gətirib.

BAKI, 29 fev-Sputnik. Türkiyəli nazirin xarici əsilli sevgilisi 10 gün əvvəl gizli şəkildə Ankaradakı çox lüks bir xəstəxanada uşaq dünyaya gətirib.

Sputnik Türkiyənin "Cumhuriyet" qəzetinə istinadla xəbər verir ki, "Sözcü" qəzetinin köşə yazarı Zeynep Gürcanlı kulislərdə o nazirin Tuğrul Türkeş olduğunun iddia edildiyini yazıb. Uşağına atası Alparslan Türkeşin adını verən Tuğrul Türkeş 7 iyun seçkilərindən sonra MHP-dən ayrılmış, müvəqqəti hökumətində yer almış, daha sonra da AKP-dən namizəd olub 1 noyabr seçkilərində millət vəkili seçilmişdi. Türkeş, Davudoğlunun qurduğu kabinetdə də baş nazirin müavini postunu tutub.

Tuğrul Türkeş, bir neçə il əvvəl 20 illik həyat yoldaşı Kadriye Serpil Türkeşdən qalmaqalla ayrılmışdı. Onun evinə rus sevgilisini gətirdiyi bildirilirdi.

Tuğrul Türkeşin müvəqqəti hökumətdə nazirlik təklifini qəbul etməsi, MHP-də şok təsiri yaratmışdı. Bu hadisədən sonra onunla əlaqədar əhəmiyyətli iddialar gündəmə gəlib. MHP kulislərində Tuğrul Türkeşin bazara bir milyon lirə borcu olduğu, Deniz Baykalın ardından Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdüyü və borclarına baxmayaraq, ikinci yoldaşından olan oğluna 400 min lirəyə "Jeep" markalı avtomobil aldığı iddia edilir (sozcu.com.tr).

58
Teqlər:
Türkiyə, Rəcəb Tayyib Ərdoğan, Deniz Baykal, Kadriye Serpil, Alparslan Türkeş, Tuğrul Türkeş

Ağdam rayonunun Eyvazxanbəyli kəndindən videogörüntülər

3
(Yenilənib 14:34 28.02.2021)
Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq, Ağdam rayonu 2020-ci il noyabrın 20-də erməni işğalından azad edilib.

Müdafiə Nazirliyi Ağdam rayonunun Eyvazxanbəyli kəndindən videogörüntülər paylaşıb. Sputnik Azərbaycan həmin görüntüləri təqdim edir.

3
Полицейская оградительная лента на месте преступления в США, фото из архива

ABŞ-da partlayış olub, 3 polis yaralanıb

3
Naməlum partlayıcı qurğunun işə düşməsi nəticəsində iki polis əməkdaşı yüngül, bir polis əməkdaşı ağır yaralanıb.

BAKI, 28 fevral - Sputnik. ABŞ-da partlayış nəticəsində 3 polis əməkdaşı yaralanıb.

APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın Kanzas ştatının Uiçito şəhər polis idarəsinin “Tvitter” səhifəsində məlumat yerləşdirilib.

Hadisə polis əməkdaşları şəhərdə yaşayış olmayan bir evə daxil olan zaman baş verib. Naməlum partlayıcı qurğunun işə düşməsi nəticəsində iki polis əməkdaşı yüngül, bir polis əməkdaşı ağır yaralanıb.

Hadisə yerinə ekspertlər cəlb edilib.

3