CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan prezidenti “Xocalı” abidəsini ziyarət edib

© Official website of President of Azerbaijan RepublicXocalı faciəsi qurbanlarının xatirəsini anma mərasimi. Arxiv şəkli
Xocalı faciəsi qurbanlarının xatirəsini anma mərasimi. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident abidənin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirib.

BAKI, 26 fev — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Xocalı” abidəsini ziyarət edib.

Prezident abidənin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirib.

Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri iştirak ediblər.

Anma mərasiminin iştirakçıları abidənin önünə tər qızılgüllər, qərənfillər düzüblər.

Xəbər lenti
0