Azərbaycan Hava Yollarına aid təyyarənin salonu. Arxiv şəkli

AZAL aviareyslərdə Xocalı soyqırımı barədə videoçarx nümayiş etdirəcək

31
(Yenilənib 18:53 25.02.2016)
Videoçarx ingilis dilində "Azərbaycan Hava Yolları"na məxsus "overhead" tipli monitorlarla təchiz olunan bütün təyyarələrin uçuşları zamanı nümayiş etdiriləcək.

BAKI, 25 fev-Sputnik. 26 fevral — Xocalı soyqırımının 24-cü ildönümündə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə (AZAL) məxsus aviareyslərdə 613 nəfərin kütləvi şəkildə qətlə yetirildiyi Xocalı soyqırımına həsr olunan videoçarx nümayiş etdiriləcək.

Sputnik "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətinin məlumatına istinadla xəbər verir ki, aksiya Trend Beynəlxalq İnformasiya Agentliyi ilə "Düşüncə" Gənclərin İnkişafına Dəstək" İctimai Birliyinin birgə layihəsi əsasında həyata keçiriləcək.

Videoçarx ingilis dilində "Azərbaycan Hava Yolları"na məxsus "overhead" tipli monitorlarla (başüstü monitorlar oturacaqların üzərində yerləşir) təchiz olunan bütün təyyarələrin uçuşları zamanı nümayiş etdiriləcək.

Trend İA-nın baş direktorunun müavini Emil Hüseynli açıqlamasında bildirib ki, belə bir aksiyanın məqsədi "Azərbaycan Hava Yolları"na məxsus təyyarələrdən istifadə edən əcnəbi vətəndaşları Xocalı soyqırımı haqqında məlumatlandırmaqdır.

O "Azərbaycan Hava Yolları"nın rəhbərliyinə layihənin həyata keçirilməsində verdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Qeyd edək ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

31
Teqlər:
monitor, overhead, Xocalı soyqırımı, "Xocalı soyqırımının iyirmi dördüncü ildönümünün keçirilməsinə dair tədbirlər planı", Xocalı, AZAL, Azərbaycan
Əlaqədar
Xocalı hadisələrində təqsirli bilinən 39 nəfər barəsində həbs qətimkan tədbiri seçilib
Rəssamlar Xocalı Sülh mükafatı ilə təltif olunacaq
Buhenvaldda Xocalı soyqırımı xatırlanıb
Azərbaycan hərbçiləri, arxiv şəkli

Müharibədə şəhid olmuş yaralanmış mədəniyyət işçilərinin ailələrinə yardım göstərilib

0
(Yenilənib 11:25 22.01.2021)
Müharibədə 10 nəfər mədəniyyət işçisi yaralanıb, ümumilikdə 162 nəfər mədəniyyət işçisinin yaxın qohumu şəhid olub.

BAKI, 22 yanvar — Sputnik. Vətən müharibəsi zamanı mədəniyyət müəssisələrində çalışan insanlar da könüllü ordu sıralarına yazılıb və onlardan 65 nəfəri səfərbərliyə cəlb olunub.

Sputnik Azərbaycan xəbər verir ki, tarixi zəfərlə başa çatan müharibədə 8 nəfər mədəniyyət işçisi şəhidlik zirvəsinə ucalıb. Müharibədə 10 nəfər mədəniyyət işçisi yaralanıb, ümumilikdə 162 nəfər mədəniyyət işçisinin yaxın qohumu şəhid olub. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş və yaralanmış mədəniyyət işçilərinin ailələrinə Mədəniyyət Nazirliyi və nazirliyin Həmkarlar İttifaqı tərəfindən maddi yardım göstərilib.

Şəhid ailələri və qazilərə qayğı bundan sonra da diqqətdə saxlanılacaq, bu istiqamətdə nazirlik tərəfindən layihə və tədbirlər həyata keçiriləcək.

0
Teqlər:
mədəniyyət xadimləri, müharibə, Qarabağ
Neft buruğu, arxiv şəkli

Azərbaycan nefti ucuzlaşıb

3
Azərbaycan neftinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub

BAKI, 22 yanvar — Sputnik. Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,29 dollar ucuzlaşaraq 56,55 dollar təşkil edib.

"Brent" markalı neftin qiyməti 0,69 dollar ucuzlaşaraq 55,41 dollar, "Light" markalı neftin qiyməti isə 0,70 dollar geriləyərək 52,43 dollar olub.

Qeyd edək ki, Azərbaycan neftinin qiyməti ötən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

3
Teqlər:
Brent, Azeri Light markalı neft, neft
Mövzu:
Neft qiymətləri ətrafındakı ajiotaj