BAKI, 25 fev-Sputnik. Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Sputnik APA-ya istinadla xəbər verir ki, hadisə Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında qeydə alınıb.
Binəqədi rayon Prokurorluğunun məlumatına görə, sözügedən binanın 12-ci mərtəbəsindəki mənzillərdən birində yaşayan Əfqanıstanın Kabul şəhərində anadan olmuş, 1999-cu il təvəllüdlü Fatimə Ezatullahi pəncərə silərkən ehtiyatsızlıqdan yıxılaraq ölüb.
Faktla bağlı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
F. Ezatullahi Azərbaycanda qaçqın statusu almış əfqandır.