Bakı Univermağı ləğv olunub

© Sputnik / Igor Vinogradov / Mediabanka keçidBakı Univermağı 1981-ci ildə
Bakı Univermağı 1981-ci ildə - Sputnik Azərbaycan
Abunə olmaq
Nəsimi rayonunda yerləşən "Ruzi" ticarət mərkəzi də ləğv olunub.

BAKI, 24 fev-Sputnik. "Bakı Univermağı" ASC ləğv olunduğunu elan edir.

Sputnik "APA-Economics"ə istinadla xəbər verir ki, bu barədə Vergilər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Səbail rayonu, Ü. Hacıbəyov 33/35 ünvanına bildirə bilərlər.

Bundan başqa, Nəsimi rayonunda yerləşən "Ruzi" ticarət mərkəzi də ləğv olunub. Kreditorlar tələblərini 28 May küçəsi, ev 17 ünvanına bildirə bilərlər.

Xəbər lenti
0