BAKI, 23 fev-Sputnik. «İki devalvasiya nəticəsində medianın vəziyyəti ağırlaşıb. Qəzet kağızı 100 faizdən çox bahalaşıb. Çap xərcləri yarıbayarı artıb. Ümumən KİV-lərimizin satışı çox zəifdir. Reklam gəlirləri də kifayət qədər aşağıdır.»
Sputnik xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında millət vəkili Əflatun Amaşov deyib.
Onun sözlərinə görə, hazırda KİV-lərin illik büdcəsinin təqribən 70 faizə qədəri Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) hesabına formalaşır.
"Göründüyü kimi mediamız bazar münasibətləri sistemində hələ oturuşmayıb. Ona görə də, kommersiya qurumları kimi fəaliyyət göstərə bilmirlər. Onlar daha çox ictimai missiya yerinə yetirirlər. Bu missiya indiki şəraitdə həm cəmiyyət, həm də dövlət üçün son dərəcə vacibdir. Buna görə də, KİV-lərimiz qarşılaşdığı iqtisadi çətinliklərə baxmayaraq, ayaqda qalmalıdırlar. Düzdür, biz bir çox sahələrdə qənaət etməliyik. Ancaq düşünürəm ki, mediaya həssas yanaşılmalıdır. Medianın fəaliyyətində hər hansı axsamalar olmamalıdır" — deyə MŞ-nın sədri bildirib.
Ə.Amaşov həmçinin deyib ki, medianın maliyyə vəziyyətini hazırkı şəraitə uyğun sabit saxlamaq lazımdır. Bu isə KİVDF üçün dövlət büdcəsindən ayrılan vəsaitin artırılmasından keçir.
BAKI, 16 yanvar - Sputnik. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Telefon söhbəti zamanı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi, əməkdaşlığımızın daim genişləndiyi bir daha vurğulanıb.
Prezident İlham Əliyev Türkiyə Prezidentini işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin başlanması barədə məlumatlandırıb və artıq bu işlərdə Türkiyə şirkətlərinin fəal iştirak etdiyini məmnunluq hissi ilə qeyd edib, bunun ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi işinə xidmət etdiyini bildirib.Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısına məlumatına görə minnətdarlığını bildirib və öz növbəsində, Türkiyə şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında bərpa və yenidənqurma işlərində iştirakından məmnunluq ifadə edib.
Dövlət başçıları Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tezliklə fəaliyyətə başlamasından danışıb, bu Mərkəzin fəaliyyətinin uzunmüddətli sülhün təmin olunması işinə xidmət edəcəyini bildiriblər.
Türkiyə Prezidenti bundan sonra da ölkəsinin Azərbaycana dəstək verəcəyini vurğulayıb. Dövlətimizin başçısı bununla bağlı təşəkkürünü bildirib.
Ötən həftə müxtəlif hadisələrlə yadda qaldı. Əsas problemimiz - koronavirusdur, dünya iki milyondan artıq insanın ömrünə son qoyan mərəzlə mübarizəsini davam etdirir.
ABŞ Nümayəndələr Palatası ikinci dəfə tərəfdarlarını Kapitoliyə hücuma təhrik etdiyi iddia olunan Donald Trampın impiçmentinə səs verdi. Tramp iki dəfə impiçment elan olunan prezident kimi ABŞ tarixinə düşdü.
İndoneziyada Boeing 737-500 sərnişin təyyarəsi qəzaya uğradı. Göyərtədəki 65 nəfərdən heç biri sağ qalmadı. Qəzanın səbəbləri isə hələ də araşdırılır.
İspaniya sakinləri əsl qışın xoş olmayan dadını yaşadılar. "Filomena" qasırğası qarsız qışa öyrəşmiş Pireney yarımadasını ağ rəngə bürüdü.
Dünyanın ötən həftəni necə keçirdiyini planetin müxtəlif guşələrindən toplanmış fotolara baxmaqla xatırlamağı təklif edirik. Aparıcı informasiya agentliklərinin müxbirlərinin yaddaqalan hadisələri, eləcə də emosional anları həkk elədikləri kadrlar - Sputnik Azərbaycan-ın həftəlik fotolentində.
Nikosiyanın mərkəzində mağaza sahibi maskalı, amma çılpaq maneken aparır, Kipr
Liva səhrasında adam, BƏƏ
Madriddə gənclər nəhəng qartopu düzəldirlər, İspaniya
Yokohamada kimonolu qızlar həddi-büluğa çatma mərasimində, Yaponiya
Yerusəlimdə etiraz iştirakçısı əlində nəhəng şpris tutub, İsrail
Paluda dağıdılmış abidənin yanında oynayan uşaqlar, İndoneziya
Nümayəndələr Palatasının üzvü Viki Hartsler və parlament üzvü Maykl Valts Milli Qvardiyanın əsgərlərinə pizza paylayırlar
Qız okean üzərində ipdən sallanıb
Spiker Nensi Pelosi ABŞ Prezidenti Donald Trampa qarşı imzalanmış impiçment sənədini təqdim edir
Romada bir evin pəncərəsindəki pişiklərin şəklini çəkən adam, İtaliya
Katmanduda qarşıdurmalarda xəsarət alan adama yardım göstərilir, Nepal
Kampalada qadın başında ananas aparır, Uqanda
ID2299 qalaktikasının bədii təsviri
Pekində kişi ilə uşaq donmuş gölün üzəriylə kirşədə gedirlər, Çin
Hokkaydonun tropik botanika bağında əntər meymunlar isti bulaqda çimirlər, Yaponiya
Qırmızı Xaçın əməkdaşı Sriwijaya Air şirkətinin Yava dənizində qəzaya uğramış təyyarəsinin turbinini dezinfeksiya edir
Frankfurt yaxınlığındakı Kronberq şəhəri səhər günəşini qarşılayır, Almaniya
Güclü qar səbəbindən qəzaya uğrayan avtobusların yanında polislər, İsveç
ABŞ-da etiraz edənlər və qaçışa çıxmış qız
Santiago a Mil Beynəlxalq Teatr Festivalında Fuego Rojo ifa edən La Patogallina və Ciclicus teatr truppalarının rəqqasları, Santyaqo, Çili
Belqradda avtobus sərnişinləri, Serbiya
Yağış mövsümündə çayda sörfinq, Braziliya
Hanoyda Opera Teatrının yanında qız, Vyetnam
Donmuş Xan çayı üzərində körpü, Seul, Cənubi Koreya
Pyatiqorskda isti kükürdlü su vannası qəbul edən qızlar, Rusiya