Milli Məclisin iclası

Milli Məclisdə büdcə müzakirələri başlayıb

34
(Yenilənib 13:20 23.02.2016)
Büdcəyə dəyişikliklərdə gəlir və xərclərinin artırılması nəzərdə tutulub.

BAKI, 23 fev-Sputnik. Fevralın 23-də Milli Məclisin növbəti plenar iclası keçirilir. 

Sputnik xəbər verir ki, iclasda ilk olaraq "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinə baxılır. Büdcə müzakirələri zamanı millət vəkili Ziyad Səmədzadə çıxış edərək deyib ki, dünya bazarında neftin qiymətinin aşağı düşməsi ölkəmizin tədiyə balansında Azərbaycana valyuta daxilolmalarının azalmasına səbəb olub. Bu hadisələr Azərbaycanın 2016-cı il üçün dövlət büdcəsinə yenidən baxılmasını zəruri edib. Komitədə büdcəyə dəyişikliklər müzakirə olunub, təkliflər verilib.

Millət vəkili deyib ki, son 15 ildə büdcə gəlirlərinin formalaşmasında problem olmayıb. Bu dövrdə Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi xətti ilə daxilolmalar artıqlaması ilə yerinə yetirilib. Büdcəyə dəyişikliklərdə gəlir və xərclərinin artırılması nəzərdə tutulub. Bu dəyişikliklər dünyadakı mövcud reallıqdan irəli gəlir. Onun sözlərinə görə, dünya iqtisadiyyatında baş verən hadisələr ölkəmizin iqtisadiyyatına təsir edir.

Qeyd edək ki, Milli Məclisin bugünkü plenar iclasında 6 məsələyə, o cümlədən, "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında" Qanunlarda dəyişikliklərə baxılır. Bundan başqa, "Polis haqqında" Qanunda dəyişiklik, Z.A.Əsgərovun Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi haqqında, Milli Məclis tərəfindən 2016-cı il yanvarın 19-da qəbul edilmiş "Valyuta tənzimi haqqında" Qanunda dəyişikliklər edilməsi barədə" Qanuna Azərbaycan Prezidentinin etirazı barədə qanun layihələri müzakirə ediləcək.

İclasda ikinci oxunuşda "Elm haqqında" Qanun layihəsinə də baxılacaq.

34
Teqlər:
"Elm haqqında" Qanun, Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanun, dövlət büdcəsi, Ziyad Səmədzadə, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Gömrük Komitəsi, Vergilər Nazirliyi, Milli Məclis
Əlaqədar
Milli Məclisdə 6 qanun layihəsi qəbul olunub
Milli Məclisdə 7 qanun layihəsi müzakirə olunur
"Prezidentin o qanunu Milli Məclisə geri qaytarmasını təqdir edirəm"
Milli Məclisin komissiyalarının tərkibi təsdiqləndi
Milli Məclisdə struktur dəyişiklikləri olacaq
Teatr səhnəsi, arxiv şəkli

Şuşa Teatrı haqqında film çəkilib

0
(Yenilənib 16:48 22.01.2021)
Teatrdan bəhs edən "Dönüş" filminin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru isə Murad Quliyevdir. Film Şuşa teatrının yenidən öz doğma torpağına - Şuşaya dönəcəyi haqdadır.

BAKI, 22 yanvar — Sputnik. Şuşa Teatrı haqqında sənədli film çəkilib. Sputnik Azərbaycan xəbər verir ki, teatrdan bəhs edən "Dönüş" filminin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru isə Murad Quliyevdir. Film Şuşa Teatrının kollektivi və teatrın yenidən öz doğma torpağına - Şuşaya dönəcəkləri haqqındadır.

 

0
Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli

Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını keçirib

2
Təhlükəsizlik Şurasının iclasında həmçinin strateji sabitlik və silahlara nəzarət məsələlərinə dair fikir mübadiləsi aparılıb.

BAKI, 22 yanvar — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə strateji sabitlik məsələlərini müzakirə edib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Prezident Vladimir Putinin iclasda Təhlükəsizlik Şurasının daimi üzvləri ilə strateji sabitlik, eləcə də ölkə daxili problemləri müzakirə etdiyini qeyd edib.

"İclasda Rusiyanın sosial-iqtisadi inkişafına dair gündəmdə duran məsələlər müzakirə olunub. Strateji sabitlik və silahlanma üzərində nəzarət məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb", - deyə Kremlin nümayəndəsi bildirib. 

2
Teqlər:
Vladimir Putin, Putin