Türk Hava Yollarının təyyarəsi

Azərbaycan şirkəti Türk Hava Yollarını məhkəməyə verib

40
(Yenilənib 11:06 23.02.2016)
2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı qismən təmin edib.

BAKI, 23 fev-Sputnik. "Aqat-R" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) "Türk Hava Yolları"nın (THY) Azərbaycan nümayəndəliyini məhkəməyə verib.

Sputnik "Report"a istinadla xəbər verir ki, MMC THY-yə qarşı ona dəymiş ziyanın ödənilməsi barədə tələb irəli sürüb.

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı qismən təmin edib.

Qərardan narazı qalan "Türk Hava Yolları"nın Azərbaycan nümayəndəliyi apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə akt dəyişdirilmədən saxlanılıb. Daha sonra nümayəndəlik kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. İşə Azərbaycan Ali Məhkəməsində baxılacaq.

40
Teqlər:
Azərbaycan Ali Məhkəməsi, Məhdud Məsuliyyətli Cəmiyyət, Aqat-R, Türk Hava Yolları, Bakı Apellyasiya Məhkəməsi, Azərbaycan
Əlaqədar
“Türk Hava Yolları” İstanbul-Bakı uçuşları iki günlük təxirə salıb
Türk hava yolları bu ölkəyə uçuşları dayandırdı
Türk hava yolları şəhid ailələrinə 20% endirim edəcək
Ehtiyatda olan hərbiçilərin cəbhəyə yolanması, arxiv şəkli

İlham Əliyev hərbi xidmətlə bağlı sərəncam imzalayıb

8
(Yenilənib 18:37 02.03.2021)
Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalanıb.

BAKI, 2 mart - Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, Sərəncama əsasən, 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986–2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2021-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

2020-ci il oktyabrın 30-dək “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2021-ci il aprelin 1-dən 30-dək ehtiyata buraxılırlar.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görməlidir.

8
Teqlər:
Prezident İlham Əliyev, prezident İlham Əliyev, İlham Əliyev
Şəhidin dəfni

Müharibədə şəhid olmuş itkin düşmüş hərbi qulluqçuların son siyahısı açıqlandı

10
(Yenilənib 18:37 02.03.2021)
Müdafiə Nazirliyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından martın 2-dək dəfn edilənlər və itkin düşmüş hesab olunanlar haqqında məlumatı dərc edib.

BAKI, 2 mart - Sputnik. Müdafiə Nazirliyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş və itkin düşmüş hərbi qulluqçuları ilə bağlı ən son məlumatları açıqlayıb. 

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, açıqlamada martın 2-dək dəfn edilən 2881 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 28 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunub.

Nazirlik həmçinini bildirib ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı ilə bu keçiddən tanış ola bilərsiz. 

 

 

10