Ədədlə siqaret satışı

Hansı məhsullar daha çox bahalaşıb: rəy sorğusunun qəribə nəticələri

22
Sputnik-in sorğusunda iştirak edənlərin ən çoxu tütün məhsullarının, ən azı isə uşaq qidalarının bahalaşdığı qənaətindədirlər.

BAKI, 15 fev — Sputnik. Sputnik xəbər agentliyi Azərbaycanda baş verən 21 dekabr devalvasiyasından sonra "Hansı məhsullar daha çox bahalaşıb?" mövzusunda aylıq sorğu keçirib. Sorğuda oxuculara bu cavab testləri verilib: 1. Yerli ərzaq məhsulları; 2. Xaricdən gətirilən ərzaq məhsulları; 3. Uşaq qidası; 4. Dərman preparatları; 5. Paltar və ayaqqabı; 6. Spirtli içkilər; 7. Tütün məmulatları; 8. Uşaq bezləri. 

Sorğuda iştirak edənlərin ən çoxu — 24.4%-i tütün məmulatlarının bahalaşdığını bildirib.

Xaricdən gətirilən ərzaq məhsullarının bahalaşdığını iddia edənlərin də sayı kifayət qədər yüksəkdir: 22%. Rəyi soruşulanların 20,7%-i hesab edir ki, yerli ərzaq məhsulları da bahalaşıb. 17,1% respondent dərman preparatlarının bahalaşdığı qənaətindədir. Sorğuda iştirak edənlərin 4,9%-i spirtli içkilər, bir o qədəri də uşaq bezləri cavabını veriblər. Rəyi soruşulanların 3,7%-i paltar və ayaqqabının bahalaşdığını qeyd ediblər. Daha az, cəmi 2,4% respondent hesab edir ki, bizim ölkədə ikinci devalvasiya dalğasından sonra uşaq qidaları bahalaşıb. 

Məlumat üçün qeyd edək ki, Sputnik portalının sorğuları periodikdir və keçirildiyi dövrdə aktual olan məsələlərə həsr edilir. Sorğuda yalnız sputnik.az saytının oxucuları iştirak edir.

22