Yoqa

Zehni yaxşılaşdırmaq ağıllı olmaq üçün bu yolu sınayın

405
(Yenilənib 14:19 13.02.2016)
Səkkiz həftə yoqa ilə məşğul olan yaşlı insanlarda intellekt səviyyəsinin yaxşılaşdığı qeydə alınıb.

BAKI, 13 fev-Sputnik. Həftədə üç dəfə xatxa-yoqa ilə məşğul olmaq zehni qabiliyyəti yaxşılaşdırır. 

Sputnik Cazibe-yə istinadla xəbər verir ki, Amerika alimləri yaşı 55-dən yuxarı olan 100 insan arasında apardığı araşdırmadan sonra bu qərara gəliblər.

Səkkiz həftə yoqa ilə məşğul olan yaşlı insanlarda intellekt səviyyəsinin yaxşılaşdığı qeydə alınıb. Onlar çətin testlərdən də uğurla keçiblər. Tədqiqatlar 55-79 yaş arası olan 108 insan üzərində araşdırma aparıblar. 108 insandan 61 nəfəri xatxa-yoqa, 47 nəfəri isə gimnastikanın adi növü ilə məşğul olub. Yoqa və gimnastika ilə məşğul olan insanlar arasında zehni fərq test nəticələrindən sonra müəyyən olunub.

Səkkiz həftədən sonra yoqa ilə məşğul olan insanlarda nəzərəçarpacaq dəyişiklik olub. Lakin gimnastika ilə məşğul olan təqaüdçülərdə heç bir dəyişiklik qeydə alınmayıb.

Tədqiqat qrupu xəbər verir ki, hər iki qrup arasındakı fərqə səbəb yaş, sosial status və demoqrafik amillər olmayıb.

Xatxa-yoqa qədim mənəvi ayindir, o, meditasiya və nəfəsalma məşqindən ibarətdir.

Bundan əvvəlki araşdırmalarda isə yoqanın qorxu, depressiya və stress hallarının da aşağı salması müəyyən edilib. Bu tədqiqatların nəticəsi sübut edir ki, yoqa sakitləşdirici effekt verərək əsəb sistemini qaydaya salır.

405
Teqlər:
gimnastika, xatxa-yoqa, intellekt, alim, Amerika, Yoqa
Bakıda parkomat, arxiv şəkli

Parklama probleminin həlli üçün Bakıya beynəlxalq şirkət dəvət edilib

0
BNA nümayəndəsi: Azərbaycana beynəlxalq məsləhətçi şirkət dəvət olunub və o, parklanma məsələlərini təhlil edir.

BAKI, 25 noyabr — Sputnik. Bakı şəhərində avtomobillərin parklanması ilə bağlı baş plan və tarif siyasəti hazırlanacaq.

Sputnik Azərbaycan xəbər verir ki, bunu "Caspian Energy Club"un təşkilatçılığı ilə keçirilən "Online Baku City Forum"da çıxış edən Bakı Nəqliyyat Agentliyinin (BNA) Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.

Onun sözlərinə görə, bu plan ilk növbədə ictimaiyyətə təqdim olunacaq və daha sonra onun tətbiqinə başlanacaq:

"Hazırda bu istiqamətdə görülən işlər çərçivəsində beynəlxalq məsləhətçi şirkət dəvət olunub, hansı ki, parklanma məsələlərini təhlil edir. Təbii ki, parkanmanın idarə edilməsi ümumiyyətlə şəhər nəqliyyat infrastrukturunun ən vacib amilidir. Çünki bu, həm sahibkarların fəaliyyətinə təsir göstərir, həm də tıxaca təsir edir. Bu gün demək olar ki, Bakı şəhərində parklanma pulsuzdur və ona görə də tıxac problemi mövcuddur".

0
Teqlər:
pullu parklama, parklama, Bakı Nəliyyat Agentliyi, BNA
Elmi mərkəzdə seysmoqraf, arxiv şəkli

Azərbaycanda zəlzələ olub - bu dəfə Kür qırağı silkələnib

1
Zəlzələ yerli vaxtla saat 12:16-da Cəlilabad stansiyasından 63 km şərqdə Neftçala rayonunda qeydə alınıb. Zəlzələnin maqnitudası 3,5, dərinliyi 40 km olub.

BAKI, 25 noyabr — Sputnik. Neftçala rayonunda zəlzələ olub.

Sputnik Azərbaycan-ın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbərinə görə, zəlzələ yerli vaxtla saat 12:16-da Cəlilabad stansiyasından 63 km şərqdə Neftçala rayonunda qeydə alınıb. Zəlzələnin maqnitudası 3,5, dərinliyi 40 km olub.

Zəlzələ hiss olunmayıb.

1