Мигранты

Almaniyada 52-ci Münhen Təhlükəsizlik Konfransı öz işinə başlayıb

25
(Yenilənib 20:09 12.02.2016)
Münhen Təhlükəsizlik Konfransı mühacir böhranına həsr olunub.

BAKI, 12 fev-Sputnik. Almaniyada 52-ci Münhen Təhlükəsizlik Konfransı öz işinə başlayıb.

Sputnik APA-ya istinadla xəbər verir ki, qaçqın böhranı və terrorizmlə mübarizə builki konfransın əsas mövzuları olacaq.

Konfransın açılışında çıxış edən sədr Volfqanq İşinger müasir münaqişələrin dövlət sərhədlərini aşdığını qeyd edib: "Nümunə olaraq Suriyadakı müharibəni götürək. O, regional müharibə olmaqdan çıxıb. Məhz Suriya müharibəsi II Dünya müharibəsindən indiyədək olan ən böyük qaçqın böhranına səbəb olub".

V. İşingerin sözlərinə görə, qaçqın böhranı fonunda bəzi dövlətlərdə artmaqda olan millətçilik meylləri narahatlıq doğurur və bundan yeganə çıxış yolu qlobal əməkdaşlıq və həmrəylikdir.

25
Teqlər:
II Dünya müharibəsi, Suriya, Volfqanq İşinger, terrorizm, konfrans, təhlükəsizlik, Almaniya, Münhen
Əlaqədar
Mühacirlər dənizdə batmaqdan son anda xilas edildi
Miqrantlar Milanda qarşıdurma yaratdılar
Almaniyada "Quran"ı cırdılar, miqrantlar ayağa qalxdı
Kitabxanada qız, arxiv şəkli

"Tıq-tıq xanım" nağılı ingilis dilinə tərcümə edilib

3
(Yenilənib 23:09 26.02.2021)
Tofiq Bakıxanovun İsveçdə yaşayan nəvəsi Nadim Əliyev Abdulla Şaiqin 140 illik yubileyi ilə bağlı maraqlı bir təşəbbüs göstərərək ədibin uşaqlar üçün qələmə aldığı "Tıq-tıq xanım" nağılını ingilis dilinə tərcümə edib

BAKI, 27 fevral — Sputnik. Abdulla Şaiqin 140 illik yubleyi ilə bağlı "Tıq-tıq xanım" nağılı ingilis dilinə tərcümə edilib.

Sputnik Azərbaycan xəbər verir ki, görkəmli Azərbaycan bəstəkarı Tofiq Bakıxanovun İsveçdə yaşayan nəvəsi Nadim Əliyev Abdulla Şaiqin 140 illik yubileyi ilə bağlı maraqlı bir təşəbbüs göstərərək ədibin uşaqlar üçün qələmə aldığı "Tıq-tıq xanım" nağılını ingilis dilinə tərcümə edib.

Nağılın ingilis dilində tərcüməsi kitab formatına salınıb. Kitabdakı illüstrasiyaların müəllifi Aleks Bjelicadır.

3
Sputnik V peyvənd, arxiv şəkli

Kiril Dmitriyev: "Rusiyanın rəqibləri "Sputnik V"-nin uğurundan qorxur"

6
(Yenilənib 22:53 26.02.2021)
"Rusiyanın düşmənləri bizə olan inamı sarsıtmağa çalışır, amma onlar Rusiya peyvəndini qaralamaq üçün çox səy göstərməli olacaqlar, çünki bu, dünyanın ən yaxşı peyvənd preparatlarından biridir".

BAKI, 26 fevral — Sputnik. "Rusiyanın "Sputnik V" koronavirus peyvəndinin əleyhdarları dünyada ona olan inamı sarsıtmağa çalışır, çünki bu ən yaxşı preparatlardan biridir və onlar bundan, sadəcə, qorxurlar" – bu fikri Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RBİF) rəhbəri Kiril Dmitriyev səsləndirib.

"Fikrimcə, söhbət yalnız "Sputnik V" peyvəndinin beynəlxalq səviyyədə tanınmasından deyil, dünyadakı liderliyimizdən gedir... Təvazökar, ancaq dürüst olmalıyıq. Dünyanın ən yaxşı peyvəndinə sahibik, bu, Rusiya alimlərinin böyük uğurudur, biz bununla fəxr etməliyik ", – deyə Dmitriyev Rusiya Tarix Cəmiyyətinin meydançasında bu ölkənin virusologiya tarixində liderliyinə həsr olunmuş sərginin açılışında bildirib.

"Rusiyanın düşmənləri bizə olan inamı sarsıtmağa çalışır, amma onlar Rusiya peyvəndini qaralamaq üçün çox səy göstərməli olacaqlar, çünki bu, dünyanın ən yaxşı peyvənd preparatlarından biridir. Onlar, sadəcə, bundan qorxurlar", – deyə RBİF rəhbəri vurğulayıb.

Qeyd edək ki, fevralın 2-də "The Lancet" elmi jurnalı "Sputnik V" koronavirusa qarşı peyvənd preparatının klinik sınaqlarının üçüncü mərhələsinin nəticələrini dərc edib. Klinik sınaqların üçüncü mərhələsində "Sputnik V" yüksək effektivlik, immunogenlik və təhlükəsizlik göstəriciləri nümayiş etdirib. Könüllülərin analiz təhlilləri göstərib ki, peyvəndin effektivliyi 91,6 faiz təşkil edir. Preparat vurulandan sonra yalnız 78 koronavirusa yoluxma hadisəsi öz təsdiqini tapıb.

Müqayisə üçün bildirək ki, "AstraZeneca"-nın effektivliyi - 62,1%, "Sinovac" peyvəndinin - 50,4%, "Sinopharm"-ın - 79,3% təşkil edir.

Xatırladaq ki, Rusiya Səhiyyə Nazirliyi "Sputnik V" peyvəndini 2020-ci ilin avqust ayında qeydə alıb. Vaksin Rusiyanın Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat Mərkəzi tərəfindən RBİF-nin dəstəyi ilə işlənib-hazırlanıb. Bu dünyada COVID-19-un profilaktikası üçün ilk qeydiyyata alınmış preparatdır.

 

6