CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kiyev-Bakı aviareysində pulsuz yemək olmayacaq

© samolety.orgTəyyarədə yemək
Təyyarədə yemək - Sputnik Azərbaycan
Abunə olmaq
Martın 1-dən səmada olan zaman yemək istəyən sərnişinlər əlavə ödəniş etməli olacaqlar.

BAKI, 9 fev — Sputnik. Urkaynanın "MAU" aviaşirkəti martın 1-dən etibarən Kiyev-Bakı aviareysinin "ekonom" sinfində sərnişinlərə təqdim etdiyi pulsuz qidalanma xidmətini ləğv edəcək. Bu barədə "Report" şirkətə istinadən xəbər verir. 

İstisna olaraq pulsuz yemək xidmətindən ancaq bu marşruta fevralın 10-dək aviabileti rəsmiləşdirən (uçuş tarixindən asılı olmayaraq) "ekonom" sinif biletlərinin sahibləri yararlana bilərlər.

Qeyd edək ki, Kiyev-Bakı aviareysi biletin qiymətinə qidanın daxil olduğu "MAU"nun son ortaməsafəli mütəmadi marşrutu idi.

"MAU"nun bu qərarı fevralın 1-də "Azərbaycan Hava Yolları"nın (AZAL) ortaməsafəli "ekonom" sinif sərnişinləri üçün pulsuz baqaj və qida xidmətinin ləğv edilməsiylə əlaqədar verilib.

AZAL bu yeniliyi Lvov, Tbilisi, Tehran, Aktau, Mineralnıe Vodi, Moskva, İstanbul, Antalya, Dubay, Kazan, Ankara, Minsk və Sankt-Peterbuq reyslərinə də şamil edib.

Pulsuz qidalanma və baqaj ancaq "biznes" sinif sərnişinləri, həmçinin reysin müddəti 3,5 saat çəkən "ekonom" sinif sərnişinləri üçün qalacaq. Belə ki, baqajın daşınması üçün uçuşdan 12 saatdan gec olmayaraq 23 kq-lıq bir çemodan üçün ödəniş 20 avro (bir tərəfə) təşkil edir. Hava limanında ödəniş zamanı isə baqajın rüsumu 25 avroya yüksəlir.

Xatırladaq ki, 2014-cü il martın sonundan "MAU" "ekonom" sinif sərnişinlərinin qısaməsafəli reysləri üçün pulsuz qida xidmətindən tədricən imtina etməyə başlayıb.

Xəbər lenti
0