Pakistan Hava yolları

Pakistan bütün uçuşları dayandırdı

30
(Yenilənib 21:19 03.02.2016)
Hökumət "Pakistan Hava Yolu" şirkətini özəlləşdirmək istəyir. Məhz bu səbəbə görə şirkətin işçiləri etiraz olaraq tətilə başlayıblar.

BAKI, 3 fev — Sputnik. Pakistan hava yolu şirkəti həm daxili həm də xarici istiqamətdə olan bütün uçuşları təxirə salıb.

Sputnik BBC-yə istinadən bildirir ki, hökumət "Pakistan Hava Yolu" şirkətini özəlləşdirmək istəyir. Məhz bu səbəbə görə şirkətin işçiləri etiraz olaraq tətilə başlayıblar.
Məlumata görə, Karaçi şəhərində işçilərin keçirdikləri aksiya zamanı polislə nümayişçilər arasında baş verən toqquşmada iki etirazçı ölüb.

"Etirazçılar beynəlxalq hava limanını mühasirəyə almağa çalışıblar. Aksiya dağıdılan zaman iki nəfər ölüb" deyə polisin məlumatında bildirilir.

30
Teqlər:
Karaçi, Pakistan Hava Yolu, polis, aksiya