Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Prezident İlham Əliyevin əmisi vəfat etdi

© ictnewsCəlal Əliyev
Cəlal Əliyev - Sputnik Azərbaycan
Abunə olmaq
MEA-nın Rəyasət Heyətinin üzvüdür, keçmiş deputat, "İstiqlal" ordenli akademik Cəlal Əliyev dünyasını dəyişib

BAKI, 1 fev — Sputnik. Akademik Cəlal Əliyev vəfat edib. APA-nın məlumatına görə, akademik uzun sürən xəstəlikdən sonra fevralın 1-də saat 03.00 radələrində 88 yaşında dünyasını dəyişib. C. Əliyev prezident İlham Əliyevin əmisidir.

Cəlal Əliyev 1928-ci il iyunun 30-da Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Müəllimlər İnstitutunun təbiət-coğrafiya fakültəsini və Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirib. Biologiya elmləri doktoru, professordur. Əməkdar elm xadimidir. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının həqiqi üzvü, Ukrayna Aqrar Elmlər Akademiyasının və Belarus Kənd Təsərrüfatı Elmləri Akademiyasının xarici üzvüdür. Onlarca monoqrafiyanın, kitabın və elmi məqalənin müəllifidir.

Vəkil Elton Quliyev - Sputnik Azərbaycan
Azərbaycanın məhşur vəkillərindən biri vəfat edib

1948-ci ildən Azərbaycan Dövlət Universitetinin bitki fiziologiyası kafedrasında laborant işləmişdir. 1954-cü ildən Azərbaycan EA-nın Elmi Tədqiqat Əkinçilik İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışıb. 1971-1990-cı illərdə Azərbaycan EA-nın Botanika İnstitutunda fotosintezin fiziologiyası yaradıcı qrupunun rəhbəri, laboratoriya müdiri, şöbə müdiri, Azərbaycan EA-nın Biologiya elmləri bölməsinin akademik-katibi olub.

Hazırda Azərbaycan MEA-nın Rəyasət Heyətinin üzvüdür. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olub. Azərbaycan Milli Məclisinin deputatı olub. "İstiqlal" ordeni ilə təltif edilib.

Xəbər lenti
0