İtkin düşən nefçilərdən daha birinin meyiti tapıldı

© Photo : STRNeft
Neft - Sputnik Azərbaycan
Abunə olmaq
“Günəşli” yatağında baş vermiş qəzada itkin düşən nefçilərdən daha birinin meyiti tapılıb

Bakı, 30 yan — Sputnik. "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəzada itkin düşənlərdən daha birinin meyiti tapılıb.

FHN-in məlumatına görə, yanvarın 29-da Xəzər dənizinin Türkmənistan sahillərində tapılmış meyitin, ilkin olaraq, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən biri olduğu ehtimal edilir.

Bununla əlaqədar, Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsinin istintaq qrupu ilə birgə cəsədin tanınması və respublikaya gətirilməsi məqsədilə Türkmənistana göndərilməsi üçün hazırlıq işlərinə başlanılıb.

Qeyd edək ki, 10-cu dərin dəniz özülündə qəza ötən il dekabrın 4-də baş verib. Qəza baş verən zaman platformada olan 63 işçidən 33 nəfəri xilas olub, 11 nəfəri həlak olub və 19 nəfəri itkin düşüb.

Xəbər lenti
0