Dəfələrlə dünya və Avropa çempionu olan karateçimiz jurnalistlərlə görüşəcək

© Sputnik / Murad OrujovПрессцентр Sputnik Азербайджан
Прессцентр Sputnik Азербайджан - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda 2 fevral tarixi Gənclər günü kimi qeyd edilir. Bu ölkədə həyata keçirilən gənclər siyasətinin və onun tərkibində idmanın rolu haqda müzakirələr aparmaq üçün gözəl bir fürsətdir.

Jurnalistlərin nəzərinə!

Sputnik Mətbuat mərkəzində 2 fevral saat 12.00-də karate üzrə dəfələrlə dünya və Avropa çempionu Şahin Atamovun mətbuat konfransı keçiriləcək. İdmançımız bu günlərdə Paris Open yarışında gümüş medal qazanaraq ölkəyə qayıdıb.

Mətbuat mərkəzinin qonaqları Şahinlə onun idman karyerası və Azərbaycanda idmana dəstək məqsədilə reallaşdırılan proqramlar haqda danışa biləcəklər.

Əlaqə: Sputnik Mətbuat Mərkəzi, Beynəlxalq Mətbuat Mərkəzinin binası. Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M, 4-cü mərtəbə
Telefonlar: 539-98-21, 539-98-23/24

Xəbər lenti
0