Kerri: İrandakı “Ərak” nüvə reaktorunun işi dayandırılıb

© regnum.ruCon Kerri
Con Kerri - Sputnik Azərbaycan
Abunə olmaq
Rəsmi Tehran beynəlxalq razılaşmalara uyğun olaraq “Ərak” reaktorunun işini dayandırıb.

BAKI, 13 yan — Sputnik. Rəsmi Tehran beynəlxalq razılaşmalara uyğun olaraq “Ərak” reaktorunun işini dayandırıb.

APA-nın verdiyi məlumata görə, bunu ABŞ dövlət katibi Con Kerri bəyan edib.

“Dünən İranın xarici işlər naziri mənimlə əlaqə saxlayaraq plutonium reaktorunun artıq işləmədiyini, yaxın saatlarda onun məhv ediləcəyini vəd edib”, deyə C.Kerri bildirib.

Qeyd edək ki, yanvarın 15-də Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İranın nüvə proqramına dair yekun məruzə təqdim etməlidir. Onun əsasında İrana qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılacağı gözlənilir. 

Xəbər lenti
0