CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vətəndaş məmurun fəaliyyətinə necə nəzarət edə bilər?

© Photo : Azərbaycan Prezidentinin rəsmi internet səhifəsiPrezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident ictimai nəzarət mexanizmlərinin işə salınmasını tələb edir, yaxın vaxtlarda konkret addımlar atılacağı gözlənilir. Bəs bu nəzarəti kim və necə həyata keçirməlidir?

Vətəndaş məmurun fəaliyyətinə necə nəzarət edə bilər?
BAKI, 13 yan — Sputnik."Hesab edirəm ki, ictimai nəzarət mexanizmləri işlənməlidir. Çünki sadəcə olaraq insanlardan tələb etmək ki, gedin o və ya bu sahəyə nəzarət edin, bu, çətin məsələdir. Burada lazımi səviyyədə həm ictimai fəallıq, həm də mexanizmlər olmalıdır. İctimai nəzarət mexanizmləri mütləq tətbiq edilməlidir".

Sputnik xəbər verir ki, bu fikirləri Nazirlər Kabinetinin son iclasındakı çıxışında Prezident İlham Əliyev deyib. Dövlət başçısı xüsusi vurğulayıb ki, ictimai nəzarət mexanizmləri işə salınmalıdır. Bir-birlərinin fəaliyyətini təkrarlayan dövlət qurumlarının səmərəli işləmədiyini bildirən Prezident, yaxın vaxtlarda bu sahədə islahatlar aparılacağına diqqəti yönəldib.

Ильхам Алиев - Sputnik Azərbaycan
SİYASƏT
İlham Əliyev qiymətləri qaldıranları natəmiz insanlar adlandırdı

Prezident qeyd edib ki, bəzi hallarda süni şəkildə iş yerləri yaradılır: "Misal üçün, insanlar işləmirlər, amma onlara maaş yazılır. Sonra o maaş onun-bunun cibinə gedir. Bu hallara son qoyulmalıdır. Ona görə, çox ciddi maliyyə nəzarəti, ictimai nəzarət, dövlət nəzarəti olmalıdır. Lazım olmayan qurumlar ləğv edilməlidir və bu istiqamətdə yaxın gələcəkdə addımlar atılacaq".

Cəmiyytədə ictimai nəzarəti həyata keçirməli olan təsisatlardan biri də müstəqil mediadır. "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı Sputnik-ə açıqlamasında medianın ictimai nəzarət funksiyasını necə yerinə yetirməsinə münasibət bildirdi: "Ümumiyyətlə, media institutu cəmiyyətdə baş verən prosesləri, neqativ halları, cəmiyyətdəki problemləri daim diqqətdə saxlamalıdır və həmin problemləri ictimailəşdirməlidir. Media həm də cəmiyyət və hakimiyyət arasında bir vasitəçidir. Cəmiyyətdə nə baş verirsə, məhz media vasitəsilə hakimiyyətə ötürülür. Hakimiyyət də medianın ictimailəşdirdiyi bu prosseslərdən informativ məqsədlər üçün istifadə edir".

© Photo : HaftaAkif Aşırlı, "Şərq" qəzetinin baş redakoru
Akif Aşırlı, Şərq qəzetinin baş redakoru - Sputnik Azərbaycan
Akif Aşırlı, "Şərq" qəzetinin baş redakoru

Baş redaktor Azərbaycanda problemləri işıqlandıran müstəqil media nümunələrinin olduğunu qeyd edib: "Bu həm çap mətbuatıdır, həm də çap mətbuatına alternativ yeni media nümunələridir. Bunlar ictimai nəzarət funksiyalarını həyata keçirirlər. Dövlətin gücü həm də onun müstəqil mətbuatının gücü ilə ölçülür. Bu, dünyada belədir. Çalışmaq lazımdır ki, bu müstəqil medianın gücü artsın".

Prezidentin ictimai nəzarəti fəallaşdırmaq çağırışlarına vətəndaş cəmiyyəti hansı töhfələr verə bilər? Əmək Hüquqlarının Müdafiəsi Liqasının (ƏHML) sədri Sahib Məmmədov Sputnik əməkdaşı ilə söhbətində deyib: "Ölkə prezidenti bunu dəfələrlə deyib. Bu o deməkdir ki, məsələ onun gündəliyində durur və aktual hesab olunur. İctimai iştirakçılıq qanununa görə, bütün nazirliklər, onlara bərabər tutulan subyektlər, yerli icra hakimiyyətləri və bələdiyyələr nəznində ictimai şuralar yaradılmalıdır".

© Photo : Facebook / Sahib Mammadov“Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın rəhbəri Sahib Məmmədov
“Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın rəhbəri Sahib Məmmədov - Sputnik Azərbaycan
“Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın rəhbəri Sahib Məmmədov

 

Hüquq müdafiəçisi bunun qanunun tələbi olduğunu deyir: "Bu qanun 1 iyun 2014-cü il tarixindən qüvvədədir. Barmaqla sayılası qədər nazirlikdə belə ictimai şuralar yaradılıb, qalan nazirliklər isə bunu etmir. Amma Prezidentin dediyi odur ki, norma yaradıcılığından tutmuş dövlət proqramlarının icrasınadək, əhalinin maraqlarına toxunan istənilən layihələrin həyata keçirilməsi zamanı bütün məsələlərdə vətəndaş cəmiyyətinin rəyi olmalıdır. Bu məsələlər açıq qalıb".

2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan Nazirlər Kabinetinin iclasında çıxış edən Prezident İlham Əliyev deyib ki, bu il struktur islahatlar aparılacaq, çevik idarəetmə mexanizmləri yaradılacaq. Bununla bağlı yaxın vaxtlarda addımlar atılacaq.

Xəbər lenti
0