Presentation of the major international news brand, Sputnik

Sputnik-in sorğusuna oxuculardan pessimist cavablar

369
(Yenilənib 13:05 11.01.2016)
Oxucuların əksəriyyəti 2016-cı ildən yaxşı heç nə gözləmirlər.

BAKI, 11 yan-Sputnik. Sputnik xəbər agentliyi "2016-cı ildən gözləntiləriniz nədir?" mövzusunda həftəlik sorğu keçirib. Sorğuda oxuculara bu cavab testləri verilib: 1. Qarabağ nizamlanmasında irəliləyiş; 2.Maaşların artması; 3.Qiymətlərin dəyişməsi; 4.Karyera irəliləyişi; 5.Yaxşı heç nə.

Sorğuda iştirak edənlərin 14.3%-i  — Qarabağ nizamlanmasında irəliləyiş gözlədiyini qeyd edib. 19% respondent maaşların artmasını gözlədiyini bildirib.

Maraqlıdır ki, sorğuda iştirak edənlərdən heç kim qiymətlərin dəyişəcəyini və şəxsi karyerasında irəliləyişin olacağını qeyd etməyib.

Sorğu iştirakçılarının böyük əksəriyyəti — 66,7%-i isə bu ildən yaxşı heç nə gözləmədiyini bildirib.

Məlumat üçün qeyd edək ki, Sputnik portalının sorğuları periodikdir və keçirildiyi dövrdə aktual olan məsələlərə həsr edilir. Sorğuda yalnız sputnik.az saytının oxucuları iştirak edir.

sorğu

2016-cı ildən gözləntiləriniz nədir?
  • Qarabağ nizamlanmasında irəliləyiş
    28.1% (9)
  • Maaşların artması
    12.5% (4)
  • Qiymətlərin dəyişməsi
    3.1% (1)
  • Karyera irəliləyişi
    3.1% (1)
  • Yaxşı heç nə
    53.2% (17)
səs veriblər: 32

369
Teqlər:
portal, karyera, maaş, Sputnik, sorğu, Qarabağ
Mingəçevirdə tapılan filin qalıqları

Su altındakı nadir tapıntı: Mingəçevirdə quraqlıq nəticəsində daşlaşmış ağac aşkar edildi

0
(Yenilənib 16:05 07.08.2020)
Azərbaycanda bitən bu ağacdan tüfəng qundağı düzəltmək üçün 67 il əvvəl rus əsgərləri onu kəsib Tula şəhərinə göndəriblər

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 7 avqust — Sputnik. Mingəçevirdə suyun altından daşlaşmış ağac parçası tapılıb. Suda çürümədən illərlə qalıb daşa dönən ağac qalığı Mingəçevir su anbarının ərazisində aşkarlanıb. Anbarda suyun azalması nadir tapıntını üzə çıxarıb.

Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbət edən Mingəçevir şəhər sakini, ixtisasca rəssam heykəltəraş olan Böyükkişi Adilbəyli ölkədə ilk dəfə olaraq belə bir ağac qalığının tapıldığını iddia edib. O, daşlaşmış ağacın necə tapıldığından danışıb: “Yaxın dostlarım anbarın ətrafında ocaq qalayan zaman onu aşkarlayıblar. Bu zaman daşlaşmış ağac parçası ağır olması və yanmaması ilə onların diqqətini çəkib. Gətirib mənə verdilər, gördüm ki, unikal tapıntıdır. İnternetdə araşdırma apardım, qarşıma daşlaşmış ağacın yalnız Amerikanın Arizona ştatında tapıldığı çıxdı. Ölkəmizdə bu bir ilkdir”.

B.Adilbəyli ağacın çürüməməsini isə oksigenin təsirinə məruz qalmaması ilə izah edib. Onun fikrincə, ağac hava görmədiyindən daşlaşıb. O, ağacın tapıldığı əraziyə gedib onun digər qalıqlarını da aşkarlamaq fikrindədir.

© Sputnik / Rahim Muradov
Mingəçevirdə tapılan filin qalıqları

Şəhər sakini ağacın növündən də danışıb: “Mənim bildiyimə görə, hazırda su anbarının altında qalan Samux ərazisində saxsı (saqqız) deyilən ağaclar bitib. Bu daşlaşmış ağac da həmin bitkinin qalıqlarındandır. Bu ağaclar çox möhkəm olur. Hətta eşitdiyimə görə, su anbarı tikilən zaman Kür çayının qarşısı kəsiləndə (1953-cü ildə) Samux meşəsində bu ağaclardan lap çox olub. Bu zaman rus əsgərləri həmin ağacları kəsib, nömrələyərək Rusiyanın Tula şəhərinə tüfəng qundağı düzəltmək üçün göndəriblər”.

Tapılan daşlaşmış ağac parçasının çəkisi 3 kq-dan artıq, uzunluğu 40 sm, eni 12, qalınlığı isə 5 sm-ə yaxındır. Rəssam heykəltəraş Böyükkişi Adilbəyli su anbarından tapılan eksponatın araşdırılması üçün mütəxəssislərə müraciət edib: “Onsuz da bunu gələcək nəsillərin görməsi üçün ekologiya və ya digər muzeylərdən birinə təqdim edəcəm. Azərbaycanın zəngin flora və faunasının olduğunu göstərəcəm. Amerikanın Arizona ştatında böyük bir sahədə muzey yaradıblar və ora gələnlər bir nəfər üçün 20 dollar pul ödəyirlər ki, ağac eksponatlara baxsınlar. Bu eksponatlar artıq Azərbaycanda mövcuddur”.

© Sputnik / Rahim Muradov
Mingəçevirdə tapılan filin qalıqları

Qeyd edək ki, Mingəçevir su anbarının ərazisində bir neçə il öncə də maraqlı eksponatlar tapılıb. Onlar arasında cənub filinin, digər nəhəng heyvan sümüklərinin qalıqları aşkarlanıb. Hazırda həmin əşyalar Mingəçevirdə yerləşən muzeylərdə qorunur.

0
ABŞ dollarları, arxiv şəkli

Qarşılayın! Bu da yeni ultramilyarderimiz

3
(Yenilənib 16:01 07.08.2020)
Zukerberqin sərvəti ona məxsus "Instagram" tətbiqində yeni "Reels" servisinin işə salınması fonunda "Facebook" şirkətinin səhmlərinin bahalaşması hesabına artıb

BAKI, 7 avqust — Sputnik. "Facebook" şirkətinin yaradıcısı və rəhbəri Mark Zukerberqin sərvəti ilk dəfə olaraq 100 milyard dolları keçib. Bu barədə Sputnik Azərbaycan "Bloomberg" nəşrinə istinadən xəbər verir.

Bununla da o dünyada yeni ultramilyarder olub. Daha əvvəl ultramilyarder adını "Amazon" şirkətinin rəhbəri Ceff Bezos və "Microsoft" şirkətinin yaradıcısı Bill Qeyts qazanmışdı.

Zukerberqin sərvəti ona məxsus "Instagram" tətbiqində yeni "Reels" servisinin işə salınması fonunda "Facebook" şirkətinin səhmlərinin bahalaşması hesabına artıb. "Reels" funksiyası "TikTok" tətbiqinə bənzəyir.

3