Yanğın

Xırdalanda yeddimərtəbəli bina yanıb

612
(Yenilənib 18:41 10.01.2016)
Yanğınsöndürənlər binadan 25 nəfəri təxliyə edib.

BAKI, 10 yan-Sputnik. Abşeron rayonunun Xırdalan şəhərində yeddimərtəbəli yaşayış binasının şaxtasında elektrik kabeli 21 p.m və 30 ədəd qoruyucu açar yanıb.

Sputnik Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən binadakı 5-i azyaşlı olmaqla, 25 sakin təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

612
Teqlər:
təxliyə, Xırdalan, bina, FHN, Abşeron, Fövqəladə Hallar Nazirliyi, yanğın
Əlaqədar
Bakıda uşaq sanatoriyasında yanğın baş verdi
“Günəşli” yatağında yanğın hələ söndürülməyib
"Günəşli" yatağındakı bir quyuda yanğın tam söndürülüb
Yanğının söndürülməsinə xarici mütəxəssislər cəlb edilib
 Əldə manat, arxiv şəkli

Onları 1000 manatadək cərimə edəcəklər

0
(Yenilənib 21:30 11.07.2020)
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanuna edilən dəyişikliklər ciddi cərimələri nəzərdə tutur

BAKI, 11 iyul — Sputnik. Əlilliyi olan şəxslərin əmək hüquqlarını pozan işəgötürənlər 500 manatadək cərimələnəcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bu Prezident İlham Əliyev tərəfindən təsdiqlənən "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunda əksini tapıb.

Qanuna əsasən, İnzibati Xətalar Məcəlləsinə əlilliyi olan şəxslərin hüquqları haqqında qanunvericiliyin pozulmasına dair yeni maddə (205-1) əlavə edilib.

Yeni maddəyə (205-1) əsasən, əlilliyi olan şəxslərin hüquqları haqqında qanunvericiliyin pozulmasına, yəni:

- əmək münasibətlərində əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol verilməsinə, habelə kollektiv və əmək müqavilələrində digər işçilərlə münasibətdə əlilliyi olan şəxslərin əmək hüquqlarının məhdudlaşdırılmasına;

- əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşəyə, vəzifəyə) keçirilməsinə;

- müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə;

- müəssisənin ləğv edilməsi halları istisna olmaqla, həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi müəyyən edilmiş işçi ilə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə;

- əlilliyi olan şəxslərin tibbi, peşə-əmək, psixoloji-pedaqoji reabilitasiyası və sosial bacarıqların inkişafı məqsədilə tərtib olunmuş Fərdi Reabilitasiya Proqramının dövlət orqanları və dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən icrasının təmin edilməməsinə;

- işəgötürənlər həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bunun nəticəsində əlilliyi müəyyən edilmiş işçilərin, onların arzusu ilə və "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş Fərdi Reabilitasiya Proqramını nəzərə alaraq, işə düzəlməsi üçün iş yerləri ayırmamağa və ya yenilərini təşkil etməməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə tətbiq ediləcək.

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərin yaşadığı fərdi evlərin onlar üçün uyğunlaşdırılması ilə bağlı xərclərin təqsirkar hüquqi və fiziki şəxslər, dövlət orqanları tərəfindən ödənilməməsinə görə isə beş yüz manatdan min manatadək məbləğdə cərimə tətbiq olunacaq.

0
Veteran medalı, arxiv şəkli

Rusiyada ciyərinin 50 faizi zədələnmiş 93 yaşlı kişikoronavirusdan sağaldı

0
(Yenilənib 20:46 11.07.2020)
Terapiya təxminən üç həftə davam edib. Yaşlı infeksiyanı ağır keçirib, vəziyyəti onun ürək problemləri mürəkkəbləşdirib.

BAKI, 11 iyul — Sputnik. Rusiyanın Yekaterinburq şəhərindəki 40 saylı xəstəxananın həkimləri koronavirusa yoluxmuş 93 yaşlı Böyük Vətən müharibəsi veteranını sağaldıblar.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, klinikada təqaüdçüyə ağciyərlərinin 50 faizinin zədələnməsi ilə ikitərəfli virus sətəlcəmi diaqnozu qoyulub.

Terapiya təxminən üç həftə davam edib. Yaşlı infeksiyanı ağır keçirib, vəziyyəti onun ürək problemləri mürəkkəbləşdirib. Bundan əlavə o, ahıl yaşlarına görə stasionarda qalmaqdan böyük stress keçiririb.

Lakin həkimlər onu həm COVID-19-dan, həm də sətəlcəmdən tamamilə müalicə edə biliblər.

Veteranın 1927-ci ildə anadan olduğu, müharibə zamanı dəmir yolu qoşunlarında xidmət etdiyi bildirilir. Sonradan karyerasını orduda davam etdirib.

İyulun 6-da Yakutiya xəstəxanasından 97 yaşlı veteranın buraxıldığı barədə məlumat verilib. O da həmçinin koronavirusa yoluxub və ağciyərlərinin 50 faizi zədələnib.

0