Больница скорой помощи в Кишиневе

Kişinyovda partlayış nəticəsində 20 nəfər yaralanıb

8
Moldovanın paytaxtı Kişinyov şəhərinin mərkəzində baş vermiş parlayış nəticəsində uşaqlar da daxil olmaqla 20 nəfər xəsarət alıb.

BAKI, 9 yan — Sputnik. Moldovanın paytaxtı Kişinyov şəhərinin mərkəzində baş vermiş parlayış nəticəsində uşaqlar da daxil olmaqla 20 nəfər xəsarət alıb, yaralananların hamısı xəstəxanalara yerləşdirilib.

Sputnik-in RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, partlayış Kişinyovun mərkəzi bazarında yerləşən  yeməkxanaların birində baş verib. Partlayışın qaz balonu ilə ehtiyatsız davranma səbəbindən baş verdiyi ehtimal olunur.

Hadisə yerinə 9 təcili yardım briqadası cəlb olunub.  

8
Bərbərxana, arxiv şəkli

Restoran bərbərxanaların fəaliyyəti dayandırılıb

4
Noyabrın 30-dək bütün ölkə ərazisində restoran, bərbərxana və gözəllik salonlarının fəaliyyəti dayandırılıb.

BAKI, 28 noyabr — Sputnik. Bu gündən noyabrın 30-dək bütün ölkə ərazisində restoran, bərbərxana və gözəllik salonlarının fəaliyyəti dayandırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında bildirilir.

Qərara əsasən, 2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələr üzrə, həmçinin, restoran, bərbərxana və gözəllik salonlarında xidmət dayandırılır.

4
Teqlər:
epidemiya, pandemiya, restoran, bərbər, Nazirlər Kabineti yanında Operativ Qərargah
Bakı şəhər Baş Polis İdarəsi, arxiv şəkli

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidməti ləğv edilib

3
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidməti fəaliyyət göstərməyəcək, "Polis" qəzetinin də nəşri dayandırılıb.

BAKI, 28 noyabr — Sputnik. Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidməti ləğv edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bundan sonra idarənin bu xidməti fəaliyyət göstərməyəcək. Xidmət Daxili İşlər Nazirliyinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinə birləşdirilib.

Məlumata görə, həmçinin Bakı Şəhər Baş Polis İdarəsinin "Polis" qəzetinin də fəaliyyəti dayandırılıb.

Xatırladaq ki, BŞBPİ-nin mətbuat katibi Elşad Hacıyev noyabrın 26-da daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Kütləvi İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsinə rəis təyin edilib.

3
Teqlər:
polis, Elşad Hacıyev, Azərbaycan Respublikasının daxili işlər naziri, daxili işlər naziri, Vilayət Eyvazov, Bakı Şəhər Baş Polis İdarəsi