Сейсмограмма землетрясения

Yaponiyada 5,5 bal gücündə zəlzələ oldu

20
Yaponiyanın cənubunda Rixter şkalası üzrə 5,5 bal gücündə zəlzələ baş verib.

BAKI, 9 yan — Sputnik. Yaponiyanın cənubunda Rixter şkalası üzrə 5,5 bal gücündə zəlzələ baş verib.

Sputnik-in RİA Novosti-yə istinadən verdiyi xəbərə əsasən, zəlzələnin episentri Sakit Okeanda yerləşib. Təbii fəlakətin ocağı 30 kilometr dərinlikdə yerləşib.

Sunami təhlükəsi yoxdur.

20
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev, arxiv şəkli

Terrorçular Tural Gəncəliyevi təhdid ediblər

1
""Nemesis" erməni daşnaklarının təşkil etdiyi və Fətəli Xan Xoyski, Beybud Xan Cavanşir kimi Azərbaycanın görkəmli ziyalılarının öldürüldüyü terror kampaniyasıdır.

 

BAKI, 22 sentyabr — Sputnik. Vətəndaşlar üçün müraciəti asanlaşdırmaq və anonim müraciət imkanları yaratmaq üçün istifadəyə verdiyimiz https://turalganjaliyev.com səhifəsi üzərindən erməni terrorçuları mənə təhdid göndəriblər.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev deyib.

""Nemesis" erməni daşnaklarının təşkil etdiyi və Fətəli Xan Xoyski, Beybud Xan Cavanşir kimi Azərbaycanın görkəmli ziyalılarının öldürüldüyü terror kampaniyasıdır. Yolumuz Qarabağadır və bizi heç bir qüvvə yolumuzdan çəkindirə bilməyəcək!", - deyə o bildirib.

1
Koronavirus testi, arxiv şəkli

Azərbaycanda son sutkada 98 nəfər COVID-19-a yoluxub

2
(Yenilənib 15:41 22.09.2020)
Azərbaycanda indiyədək ümumilikdə 39378 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 36949 nəfər müalicə olunaraq sağalıb, 578 nəfər vəfat edib, aktiv xəstə sayı 1851 nəfərdir.

BAKI, 22 sentyabr - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 98 yeni yoluxma faktı qeydə alınıb, 113 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 39378 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 36949 nəfər müalicə olunaraq sağalıb, 578 nəfər vəfat edib, aktiv xəstə sayı 1851 nəfərdir.

Ölkədə son sutka ərzində 6672, hazırkı dövrədək isə 1064475 test aparılıb.

2