Vaşinqton

Pxenyanın hidrogen bombası ABŞ-ı da silkələdi

75
ABŞ və Cənubi Koreya Pxenyanın qarşısını almaq üçün Koreya adasında Amerika hərbi gücünü genişləndirmək barədə danışıqlara başlayıb.

BAKI, 7 yan-Sputnik. Cənubi Koreya Amerika qüvvələrinin Koreya adasında yenidən genişləndirilməsi məqsədilə ABŞ-la danışıqlar aparır. 

Sputnik RİA novosti-yə istinadla xəbər verir ki, bu barədə Cənubi Koreyanın hərbi dairələrindəki mənbə məlumat verib.

Mənbə konkret olaraq hansı strateji qüvvələrdən söhbət getdiyini dəqiq deməkdən imtina edib.
ABŞ və Cənubi Koreya arasında danışıqların getdiyi barədə məlumat Şimali Koreyanın hidrogen bombasını sınaqdan keçirdiyi barədə məlumatın yayılmasından bir gün sonra ortaya çıxıb.

Dünyanın əsas nüvə dövlətlərinin simasında beynəlxalq ictimaiyyət Pxenyanın nüvə silahını sınaqdan keçirməsi barədə məlumatı narahatlıqla qarşılayıb və bunun regionun təhlükəsizliyi ilə bağlı situasiyanı gərginləşdirəcəyini ifadə edib.

Xatırladaq ki, analoji reaksiyanı ötən gün Rusiya da verib. Prezident Vladimir Putin Pxenyanın hidrogen bombasını sınaqdan keçirməsi barədə məlumatın dəqiqliyini yoxlamaq barədə tapşırıq verib.

Rusiya Strateji Raket Qoşunları Baş Qərargahının sabiq rəisi, general-polkovnik Viktor Yesin isə deyib ki, Şimali Koreyanın hidrogen bombasını sınaqdan keçirməsi xəbərləri ilə bağlı təşviş bu ölkənin nə edəcəyi bəlli olmayan rejimə görədir.

Rusiya Federasiya Şurasının Müdafiə və təhlükəsizlik Komitəsinin sədr müavini Frants Klintseviç isə deyib: Hidrogen bombasının sınaqdan keçirilməsinə dair xəbərlər doğrudursa, bu, Koreya yarımadasındakı və bütün dünyadakı vəziyyəti ciddi mənada ağırlaşdıracaq.

Rusiya Federasiya Şurasının xarici əlaqələr komitəsinin sədri Konstantin Kosaçev hidrogen bombasının sınaqdan keçirilməsinin BMT TŞ tərəfindən qəbul edilən Nüvə Sınaqlarının Qadağan Olunması üzrə Müqaviləyə (CTBT) zidd olduğunu və Rusiyanın təhlükəsizliyinə ciddi surətdə təsir edəcəyini deyib. O, Şimali Koreyanın Rusiya ilə sərhəddi olduğunu, Pxenyanla Vladivostok şəhəri arasındakı məsafənin 700 kilometrdən az olduğunu qeyd edib. Onun fikrincə, bu səbəbdən Şimali Koreya Demokratik Xalq Respublikasının bu bölgədəki fəaliyyətləri Rusiyanın milli təhlükəsizliyinə ciddi şəkildə təsir göstərəcək.

75
Teqlər:
Şimali Koreya Demokratik Xalq Respublikası, nüvə, bomba, hidrogen, Konstantin Kosaçev, Vladivostok, Nüvə Sınaqlarının Qadağan Olunması üzrə Müqavilə, Rusiya Federasiya Şurasının Müdafiə və təhlükəsizlik Komitəsinin sədr müavini Frants Klintseviç, Viktor Yesin, Pxenyan, Rusiya prezidenti Vladimir Putin, ABŞ, Cənubi Koreya
Əlaqədar
Şimali Koreyadan dünyanı heyrətə salan növbəti addım
Şimali Koreya hidrogen bombasına malikdir
Şimali Koreya Cənubi Koreyaya dostluq əlini uzadıb
Rusiyada hidrogen bombası həyəcanı
Tovuzun Əsrik Cırdaxan kəndindən olan Bədir Süleymanov

Qələbənin bir addımlığında yaralanan qazi: "Bir əsgərdə qorxu hissi yox idi"

56
(Yenilənib 21:37 30.11.2020)
"Komandirə dedim, icazə versin, onsuz axşama kimi qanaxmadan burada sağ qalmaq mümkün olmayacaq. O biri yaralını da götürüb sürünə-sürünə çıxardım düşmən əhatəsindən. Hazırda ikimiz də sağıq. Tez-tez zəng vurur indi"

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 30 noyabr — Sputnik. Döyüş meydanında qəhrəmanlıq göstərən igid Azərbaycan oğullarının şücaəti indi dillərə dastan olur. Torpaqlarımızı işğaldan azad etmiş bu vətən oğullarının sayəsində biz zəfər yazan ölkənin vətəndaşına çevrilmişik. Onlardan biri də Tovuzun Əsrik Cırdaxan kəndindən olan Bədir Süleymanovdur.

© Sputnik / Ilham Mustafa
Qarabağ qazisi Bədir Süleymanov övladı ilə

O, Vətən müharibəsinin ilk günlərindən cəbhəyə könüllü qatılıb, döyüşlərdə iştirak edib. Bədir torpaqlarımızın işğaldan azad olunması zamanı əldə edilən qələbənin əsas səbəblərindən birinin yüksək döyüş əhval-ruhiyyəsi olduğunu deyir:

“Əhval-ruhiyyə ordumuzda çox yüksək idi. Bir əsgərdə belə qorxu hissi yox idi. İndi fikirləşirəm ki, bir nəfər belə qorxmuş olsaydı, bu bütün döyüşçülərə sirayət edərdi. Amma hər kəs qorxmadan mərdliklə döyüşürdü. Bizim döyüşçülərin döyüş ruhunu yüksəldən düşmənin qabağımızda dayana bilməməsi idi. Hücum vaxtı erməni əsgəri uzağı 5-10 güllə atıb avtomatı tullayıb qaçırdı. Onda hiss edirdik ki, qarşımızı heç bir düşmən kəsə bilməz”, - deyə döyüşlər haqda danışıb.
  • Bədir Süleymanov övladları ilə
    © Sputnik / Ilham Mustafa
  • Bədir Süleymanovun övladları
    © Sputnik / Ilham Mustafa
  • Tovuzun Əsrik Cırdaxan kəndindən olan Bədir Süleymanov
    © Sputnik / Ilham Mustafa
  • Bədir Süleymanovun övladı
    © Sputnik / Ilham Mustafa
  • Bədir Süleymanovun övladı
    © Sputnik / Ilham Mustafa
1 / 5
© Sputnik / Ilham Mustafa
Bədir Süleymanov övladları ilə

Füzuli, Laçın və Xocavənd istiqamətində döyüşlərdə iştirak edən Bədir Süleymanov əlindən yaralansa da, digər yaralı əsgər yoldaşını da döyüş meydanında buraxmayıb. O anı yaralı qazi belə xatırlayır:

“Noyabrın 9-da Xocavənd istiqamətində əlimdən güllə yarası aldım. Mən zərbə manqasında döyüşürdüm. Döyüşlərə ilk biz atılırdıq. Yaralandığım döyüşdə erməniləri qovaraq içərilərə getdik. Düşmən bizi mühasirəyə salmaq istəyəndə yaralandım. Mənimlə eyni vaxtda bir yoldaşım da yaralandı. Güllə sinəsindən girib kürəyindən çıxmışdı. Olduğumuz yerdən işıqlı havada çıxmaq mümkün deyildi. Snayperləri çox idi ərazidə. Ona görə komandir dedi, qaranlıq düşsün, sonra sizi aşağı düşürək. Komandirə dedim, icazə versin, onsuz axşama kimi qanaxmadan burada sağ qalmaq mümkün olmayacaq. O biri yaralını da götürüb sürünə-sürünə çıxardım düşmən əhatəsindən. Hazırda ikimiz də sağıq. Tez-tez zəng vurur indi”, - deyə o, son döyüşündən məlumat verib.

© Sputnik / Ilham Mustafa
Qarabağ qazisi Bədir Süleymanov ailəs ilə birgə

Bədirin 2 körpə övladı var. Qazinin gəlişinə ən çox sevinənlər də elə onlardır.

Qazi anası Aybəniz Salmanova övladı ilə fəxr etdiyini deyir.

“Bədir mənim fəxrimdir. Müharibə başlayanda öz kəndimizdəydim. Zəng elədi ki, mən döyüşə gedirəm, gəl, uşaqların yanında qal. Gedən gündən döyüşlərə qatılıb son günlərədək vuruşdu. Gələndə onu bir qəhrəman oğul kimi qarşıladım. Mən övladımla, ordumuzla, prezidentimizlə fəxr edirəm. Çünki birlik olmasaydı, müharibədə qalib gələ bilməzdik,” - deyə o bildirib.

Bədir indi tezliklə sağalacağı günü gözləyir. Fikri-zikri döyüş yoldaşlarının yanında olduğundan sağalan kimi onların yanına getmək istəyir.

56
Teqlər:
əsgər, döyüş, söhbət, Tovuz, Qarabağ, qazi
Taxılçılıqla məşğul olan fermer

Rayonda bir ilki sınaqdan keçirən Balakən sakini ayın fermeri oldu

10
(Yenilənib 21:10 30.11.2020)
"Ayın fermeri" müsabiqəsinin məqsədi nümunəvi fermerlərin müəyyən edilməsi, onların mükafatlandırılaraq həvəsləndirilməsi və qabaqcıl fermerlər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasından ibarətdir

BAKI, 30 noyabr — Sputnik. Azərbaycanda aqrar sahədə fəaliyyətin daha da stimullaşdırılması üçün fermerlər arasında elan edilən "Ayın fermeri" müsabiqəsinin qalibi müəyyənləşib.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat veriblər ki, müsabiqədə iştirak üçün 40 rayondan ümumilikdə 56 fermer müraciət edib. Müsabiqənin iki mərhələsi üzrə ayrı-ayrılıqda fermerlərin fəaliyyəti qiymətləndirilib.

Komissiya üzvlərinin qiymətləndirməsi nəticəsində qarğıdalı istehsalı sahəsində yüksək məhsuldarlıq əldə etdiyinə görə fermer Zaur Əhmədiyev "Ayın fermeri" müsabiqəsinin qalibi elan edilib. Balakən rayonunda fermer təsərrüfatı quran Zaur Əhmədiyev düzgün aqrotexniki qulluq nəticəsində 35 ha qarğıdalı sahəsindən 308 ton dənlik qarğıdalı istehsal edib. Rayonda ilk dəfə qarğıdalı sahəsində damlama üsulu ilə suvarma sistemini quran fermerin qarğıdalı sahəsində orta məhsuldarlıq 88 sentner təşkil edib. O, ötən il 175 ha sahədən 460 ton taxıl əldə edib. 2019-cu ildə 20 hektar sahədə intensiv bağ salan Zaur Əhmədiyev heyvandarlıq sahəsində də fəaliyyət göstərir və hazırda təsərrüfatında 298 baş iribuynuzlu heyvan var.

Qeyd edək ki, "Ayın fermeri" müsabiqəsinin məqsədi nümunəvi fermerlərin müəyyən edilməsi, onların mükafatlandırılaraq həvəsləndirilməsi və qabaqcıl fermerlər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasından ibarətdir.

Xatırladaq ki, müsabiqənin təşkili ilə bağlı təsdiqlənən qaydalara əsasən, müsabiqədə "Elektron Kənd Təsərrüfatı" İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçmiş və 2 ildən az olmayan müddətdə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlər iştirak edə bilər.

10
Teqlər:
qarğıdalı, fermer, Balakən