Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Azdrama"ya yeni direktor təyin olundu

© sputnik.azAkademik Milli Dram Teatri
Akademik Milli Dram Teatri - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Akademik Milli Dram Teatrında yeni təyinatlar olub

BAKI, 6 yan-Sputnik. Azərbaycan Akademik Milli Dram Teatrının direktoru vəzifəsinə yeni təyinat olub. APA-nın xəbərinə görə, indiyə qədər teatrın bədii rəhbəri və baş rejissoru vəzifəsində çalışan Azərpaşa Nemət, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə "Azdrama"nın bədii rəhbəri və direktoru təyin olunub.

Teatrın direktor müavini Natiq Güləhmədov isə sərəncamçı direktor təyin olunub. Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev yeni təyin olunan şəxsləri bu gün teatrın kollektivinə təqdim edib.

Qeyd edək ki, indiyədək teatrın direktoru olmuş İsrafil İsrafilovun müqaviləsinin müddəti yanvarın 5-də başa çatıb. Onunla müqavilənin müddəti uzadılmayıb.

 

Xəbər lenti
0