Qış, qar

Sabah Azərbaycanda -12°-dək şaxta olacaq

382
Yanvarın 2-də respublikanın çox yerinə qar yağacaq

BAKI, 1 yan-Sputnik. Yanvarın 2-də respublika ərazisində qar yağacağı gözlənilir.

Sputnik Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadla xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında havanın fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Gecə və səhər yolların buz bağlayacağı, çovğun olacağı ehtimalı var.

Havanın temperaturunun gecə 0-3° şaxta, gündüz 0-3° isti olacağı gözlənilir.

Yanvarın 2-də Azərbaycanın rayonlarında arabir qar yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Yollar buz bağlayacaq.

Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 1-5° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 1-6° şaxta olacağı gözlənilir.

382
Teqlər:
Departament, Qərb, Abşeron, Bakı, şaxta, qar, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Əlaqədar
Bakı Yeni ili qarla qarşıladı
Sabah sulu qar yağacaq
Bakı Yeni ili qarşılayır
2016-cı ildə hava necə olacaq?