Хикмет Гаджиев

Azərbaycan diplomatik nümayəndəliklərini səfirliklərini bağlayacaq

333
(Yenilənib 16:04 30.12.2015)
Manatın devalvasiyası, ölkənin valyuta ehtiyatlarının azalması Azərbaycanı xarici ölkələrdəki bir sıra diplomatik missiyasını ləğv etməyə və ya birləşdirməyə vadar edib.

BAKI, 30 dek-Sputnik. Manatın devalvasiyası, ölkənin valyuta ehtiyatlarının azalması Azərbaycanı xarici ölkələrdəki bir sıra diplomatik missiyasını ləğv etməyə və ya birləşdirməyə vadar edib.

Sputnik-in məlumatına görə, gun.az portalı Latın Amerikası və Mərkəzi Amerikada, o cümlədən Afrika ölkələrində fəaliyyət göstərən bir sıra Azərbaycan səfirliklərinin bağlanacağı barədə xəbər verib.

Məlumatlı mənbə bildirib ki. maliyyə qənaəti məqsədi ilə bir sıra ölkələrdəki səfirliklər bağlanacaq və bəzilərinin fəaliyyəti birləşdiriləcək.

Prezident İlham Əliyevin bu yaxınlarda geri çağırdığı bəzi səfirlərin yerinə yeniləri təyin edilməyəcək və orada səfirliklər bağlanacaq.

XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu məsələyə aydınlıq gətirərə deyib: "Hal-hazırda dünya enerji bazarında cərəyan edən tendensiyaların fonunda işin optimallaşdırılması məqsədilə qeyd olunan məsələ də ciddi şəkildə hökumət tərəfindən baxılır."

333
Teqlər:
Mərkəzi Amerika, Latın Amerikası, Hikmət Hacıyev, manatın devalvasiyası, manat, Azərbaycan səfirlikləri, İlham Əliyev
Əlaqədar
XİN: Rusiya tərəflərə vasitəçi kimi yardım etməkdə böyük rol oynayıb
XIN: Həmsədrlər müvafiq qətnamələrin icrasını təmin etməlidirlər
XİN: Həmsədrlər BMT TŞ tərəfindən verilən mandatı doğrultmayıb