İlham Əliyev

Sosial yardım alan hər kəsə 50 manat birdəfəlik müavinət veriləcək

1417
Azərbaycan prezidenti İlham Əliyev aztəminatlı ailələrə birdəfəlik yardım göstərilməsi haqqında sərəncam imzalayıb.

BAKI, 30 dek-Sputnik. Azərbaycan prezidenti İlham Əliyev aztəminatlı ailələrə birdəfəlik yardım göstərilməsi haqqında sərəncam imzalayıb.

Sputnik-in məlumatına görə, 2015-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibətilə 50 manat məbləğində birdəfəlik yardım ödəniləcək.

Birdəfəlik yardımın maliyyələşdirilməsi üçün Prezidentin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 5,3 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə birdəfəlik yardımın ünvanlı dövlət sosial yardımı alan ailələrin hesablarına köçürülməsini təmin etmək tapşırılıb.

1417
Teqlər:
ünvanlı dövlət sosial yardımı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, prezident, müavinət, aztəminatlı ailələr, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Əlaqədar
Azərbaycanda ünvanlı dövlət sosial yardımı alanların sayı 16% azalıb