Духовный лидер Ирана аятолла Сейед Али Хаменеи

Əli Xamenei: ABŞ İslama qarşı İŞİD kimi terror qruplaşmasını yaradıb

52
İranın ali dini lideri müsəlman dövlətlərini vahid İslam sivilizasiyası yaratmağa çağırıb.

BAKI, 29 dek-Sputnik. İranın ali dini lideri Əli Xamenei deyib ki, müsəlman dövlətləri vahid İslam sivilizasiyası yaratmalıdır.

Sputnik-in məlumatına görə, Xamenei bu barədə İslam birliyinin Tehranda keçirilən 29-cu beynəlxalq konfransındakı çıxışında deyib.

Bu dəfə də Xameneinin əsas hədəfi ABŞ olub: "İslam dininə olan dərin ədavəti ABŞ məmurlarını İslamın müxtəlif təriqətləri arasında nifaq yaratmağa sövq edir. ABŞ məhz bu məqsədlə İŞİD kimi terror qruplaşmasını yaradıb. Bu qruplaşma ABŞ-ın bölgədəki müttəfiqlərinin maliyyə və siyasi dəstəyi sayəsində fəaliyyət göstərir. İslamın müxtəlif təriqətləri arasında yaradılmış nifaq və münaqişə Suriya, Yəmən və Liviya kimi müsəlman dövlətlərinin infrastrukturunun məhv edilməsi ilə nəticələnib."

İranın ali dini lideri müsəlmanları müstəqil müsəlman dövlətlərinə müdaxilələrin, insan hüquqlarının pozulması hallarının, qərb mədəniyyətinin digər xalqlara aşılanmasının qarşısını ala biləcək vahid müasir İslam sivilizasiyasının yaradılması istiqamətində birgə səy göstərməyə çağırıb.

52
Teqlər:
Liviya, Yəmən, Suriya, İŞİD, İslam, ABŞ, Tehran, Əli Xamenei, İran
Əlaqədar
İran və Rusiya ortaq bank yaratmaq istəyir
İranda sabiq prezident Xatəmi barədə xəbər yaymaq KİV-ə qadağan edilib
İranda 7,4 min nəfər QİÇS-dən ölüb
İrandan Türkiyəyə tarixi zərbə
İran və Rusiyanı hansı məqsədlər yaxınlaşdırır?
Taxıl biçini, arxiv şəkli

Taxıl biçini başlayacaq - Kombaynlara GPS qoşulur

6
(Yenilənib 23:29 08.05.2021)
May ayının sonundan etibarən Azərbaycanda taxıl biçininə başlanılacaq. Hazırda biçinə cəlb ediləcək kombaynlar üzərində sazlama işləri aparılır.

BAKI, 8 may — Sputnik. May ayının sonundan etibarən Azərbaycanda taxıl biçininə başlanılacaq. Bununla əlaqədar "Aqroservis" ASC tərəfindən biçinə hazırlıq işlərinin əsas mərhələsinə start verilib.

Sputnik Azərbaycan xəbər verir ki, hazırda biçinə cəlb ediləcək kombaynlar üzərində sazlama işləri aparılır. Bütün rayonlar üzrə mövcud kombaynlara texniki baxış keçirilir, nasaz vəziyyətdə olan texnikalarda təmir işləri həyata keçirilir.

Həmçinin, biçin zamanı düzgün dislokasiya planının qurulması üçün kombaynlar GPS nəzarət sistemi ilə təchiz edilir. Bu innovativ nəzarət sistemi biçin zamanı düzgün dislokasiya yaradılması, operativliyin təmin edilməsi, prosesə nəzarət edilməsi və şəffaf idarəetmə mexanizminin qurulmasına imkan yaradır.

Qeyd edək ki, taxıl biçininə hazırlıqların ilkin mərhələsində cari ildə taxıl biçininin itkisiz və mütəşəkkil həyata keçirilməsi məqsədilə kombaynları idarə edəcək mexanizatorlara ödənişsiz təlimlər keçirilib. Müxtəlif markalı kombaynlar üzrə ümumlikdə 263 mexanizator təlimlərdə iştirak edib. Təlimlərdə yüksək nəticə əldə edən mexanizatorlar sertifikat ilə təmin ediliblər.

6
Türkiyə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akar, arxiv şəkli

Hulusi Akar son 5 ayda zərərsizləşdirdikləri terrorçuların sayını açıqlayıb

6
(Yenilənib 23:28 08.05.2021)
Türkiyənin müdafiə naziri ayın 5-i qeyd etmişdi ki, aprelin 23-dən bəri İraqın şimalında həyata keçirilən Pəncə - İldırım və Pəncə - Şimşək əməliyyatları nəticəsində 68 terrorçu zərərsizləşdirilib.

 

BAKI, 8 may — Sputnik. Yanvarın birindən bu günə qədər İraq və Suriyanın şimalında keçirilən əməliyyatlar zamanı 988 terrorçu zərərsizləşdirilib. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.

Türkiyənin müdafiə naziri mayın 5-i qeyd etmişdi ki, aprelin 23-dən bəri İraqın şimalında həyata keçirilən Pəncə - İldırım və Pəncə - Şimşək əməliyyatları nəticəsində 68 terrorçu zərərsizləşdirilib.

6