Siqaret kötüyü

Siqareti yerə atanlar 500, saqqızı atanlar 50 manat cərimələnəcəklər

1091
Parlamentdə keçirilən səsvermə zamanı millət vəkilləri, ictimai yerlərə yerə zibil atanlara qarşı sərt cəzalar verilməsi fikrini dəstəkləyiblər.

BAKI, 29 dek — Sputnik. Dünyanın əksər ölkələrində ictimai yerləri zibilləyənlərə qarşı sərt cəza tədbirləri görülür. Belə ölkələr siyahısına İtaliya da daxil olub.

Parlamentdə keçirilən səsvermə zamanı millət vəkilləri, ictimai yerlərə yerə zibil atanlara qarşı sərt cəzalar verilməsi fikrini dəstəkləyiblər.

Bundan sonra İtaliyada siqaret kötüyünü yerə atan vətəndaşlar 300 avro (500 manat) cərimələnəcəklər.

Qərar tək siqareti əhatə etmir. O cümlədən, saqqızı yerə tüpürüb atanlar 30 avro (50), bir istifadəlik stakanları zibil qutularına məhəl qoymadan yerə tullayanları isə 150 avro cərimə gözləyir.

Xatırladaq ki, Azərbaycanda da qadağan olunmuş yerlərdə siqaret çəkilməsinə qarşı cəzalar sərtləşdirilir. Prezident tərəfindən təqdim olunan yeni İnzibati Xətalar Məcəlləsinə (İXM) əsasən qadağan edilmiş yerlərdə siqaret çəkən şəxslər 30 manat məbləğində cərimə ediləcəklər. Qüvvədə olan İXM-də siqaret çəkməyə görə cərimə nəzərdə tutulmur. Həmçinin, yeni Məcəlləyə əsasən müəssisə, idarə və təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılması, görünən yerlərdə "siqaret çəkmək qadağandır" xəbərdarlıq yazısı və ya işarəsinin təmin edilməməsinə görə vəzifəli şəxslər 400 manat, hüquqi şəxslər 1000 manat cərimə edilir.

Qanuna əsasən tədris, tərbiyə, səhiyyə, sağlamlıq, mədəniyyət obyektləri, idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallar, iş yerləri, ticarət, ictimai-iaşə, məişət obyektləri, ümumi istifadədə olan yaşayış binaları və digər qapalı yerlər, ictimai nəqliyyatda siqaret çəkilməsi qadağan edilir.

1091
Teqlər:
prezident, parlament, saqqız, siqaret, İnzibati Xətalar Məcəlləsi, İtaliya, Azərbaycan
Əlaqədar
Siqareti yerə atanlar bu məbləğdə cərimələnəcəklər
Siqaret çəkib, içki içənlərin nəzərinə!
Avtomobildə siqaret çəkmək qadağan olundu
Siqaret çəkənlər bu meyvədən mütləq yesinlər
Elektron siqaretlər uşaqları öldürə bilər

Ermənistan ordusunun öldürdüyü beş nəfərin adları açıqlandı

9
"Ermənistan tərəfinin bu vəhşilik aktını qətiyyətlə qınayır, mülki şəxslərin atəşə tutulması və bu yolla dinc əhalinin qorxu içində saxlanılması cəhdinə son verməyi tələb edirik" - Azərbaycan XİN

BAKI, 27 sentyabr - Sputnik. Cari ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində Azərbaycanın Naftalan rayonunun Qaşaltı kəndinin sakini 1951-ci il təvəllüdlü Qurbanov Elbrus və onun dörd ailə üzvü, 1956-cı il təvəllüdlü Qurbanova Şəfayət, 2006-cı il təvəllüdlü Qurbanova Fidan, 2007-ci il təvəllüdlü Qurbanov Şəhriyar və 1981-ci il təvəllüdlü Əmirova Afaq həlak olublar.

Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, Ermənistan tərəfi Azərbaycanın mülki əhalisini və infrastrukturunu məqsədyönlü şəkildə hədəfə almaqla beynəlxalq hüququn norma və prinsiplərini, xüsusilə də beynəlxalq humanitar hüquq və 1949-cu il Cenevrə Konvensiyalarını kobudcasına pozur: 

"Ermənistan tərəfinin bu vəhşilik aktını qətiyyətlə qınayır, mülki şəxslərin atəşə tutulması və bu yolla dinc əhalinin qorxu içində saxlanılması cəhdinə son verməyi tələb edirik.

Beynəlxalq ictimaiyyət tərəfindən işğalçı ölkənin Azərbaycanın mülki əhalisini hədəfə alan müharibə cinayətləri əməllərinə son verməsini Ermənistandan tələb edilməsi zəruridir. 

Ermənistan silahlı qüvvələrinin təcavüz aktı nəticəsində həyatını itirmiş mülki şəxslərimizin yaxınlarına dərin hüznlə başsağlığı veririk".

9
Teqlər:
açıqlama, Azərbaycan XİN, ölənlər və yaralılar, ölənlər, erməni təxribatı, cəbhə, Dağlıq-Qarabağ münaqişəsi, Dağlıq Qarabağ
Əlaqədar
MN: Ermənistanın Ağdərə istiqamətindəki komandanlığına təslim olmaq təklif edilib
Baş Prokurorluq Ermənistan ordusunun yaraladığı əhali barədə məlumat yaydı
Ermənistan ordusunun mərmiləri Tərtərdə evləri viran etdi - FOTO
Ermənistan ordusunun silah-sursat anbarı məhv edilib - VİDEO
Azərbaycan XİN: Ermənistan rəsmisinin irqçi və şovinist açıqlamasını pisləməyə çağırırıq
Azərbaycan millisinin yarımmüdafiəçisi Qara Qarayev, arxiv şəkli

Qara Qarayev: "Kəndimin işğaldan azad olunmasını sözlə ifadə edə bilmirəm"

42
(Yenilənib 22:47 27.09.2020)
Azərbaycan millisinin də üzvü olan Qara Qarayev Horadiz kəndində doğulub. Kənd onun 1 yaşı olarkən - 1993-cü ildə işğal edilib.

BAKI, 27 sentyabr - Sputnik. "Bu, həyatımın ən unudulmaz günüdür. Valideynlərimin, nəslimin doğma kəndinə qayıdacağı xəbəri mənim üçün çox önəmli bir hadisədir. Doğma kəndimin düşmənlərdən azad edilməsini sözlərlə ifadə edə bilmirəm".

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, bu fikirləri "Qarabağ"ın futbolçusu Qara Qarayev Füzulinin Horadiz kəndinin işğaldan azad olunması ilə bağlı danışarkən deyib.

28 yaşlı yarımmüdafiəçi həsrətində olduğu torpaqlara ayaq basacağı günü səbirsizliklə gözlədiyini bildirib: "İnanıram ki, bu, son deyil. Tezlikdə Qarabağda, Şuşada Azərbaycan bayrağı dalğalanacaq. Ordumuzla, xalqımızla qürur duyuram. Bu gün birlik, bərabərlik günüdür. Allah sizi qorusun, Azərbaycan əsgəri"!

Qeyd edək ki, Azərbaycan millisinin də üzvü olan Qara Qarayev Horadiz kəndində doğulub. Kənd onun 1 yaşı olarkən - 1993-cü ildə işğal edilib.

42
Teqlər:
Qarabağ FK, Qara Qarayev, Horadiz, Cəbrayıl, erməni təxribatı, Azərbaycan Ordusu, Dağlıq Qarabağ münaqişəsi, Dağlıq Qarabağ
Əlaqədar
Azərbaycan Odusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz azad edilib
Azərbaycan Ordusu daha bir kəndi erməni işğalından azad edib
MN: Ermənistanın Ağdərə istiqamətindəki komandanlığına təslim olmaq təklif edilib
Ordumuz Ermənistanın hərbi texnikalarını belə məhv edir – VİDEO
Ermənistan təxribatı nəticəsində bir ailənin 5 üzvü həlak olub
Ermənistan ordusunun mərmiləri Tərtərdə evləri viran etdi - FOTO
Ermənistan ordusunun silah-sursat anbarı məhv edilib - VİDEO