Fazil Mustafa

Fazil Mustafa: Bu formada dirəniş ölkəmiz üçün faydalı olmayacaq

2582
(Yenilənib 19:52 23.12.2015)
Millət vəkili "ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında" qanun layihəsini şərh edərkən, "ortaq məxrəcə gətirən yolları tapmalıyıq" dedi.

BAKI, 23 dek-Sputnik. "Bu bir təşəbbüsdür, ciddi müzakirəsinə ehtiyac var. ABŞ-la savaş Azərbaycana nə vəd edir və perspektiv olaraq biz tamamilə Rusiyanın istədiyi kursa yönəlirik, yoxsa müstəqil kursu davam etdiririk, bu sualları ilk öncə cavablandırmaq lazımdır."

Bu fikirləri Sputnik-ə millət vəkili Fazil Mustafa Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayevin Milli Məclisə təqdim etdiyi "ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında" qanun layihəsini şərh edərkən deyib.

Fazil Mustafa ABŞ-a qarşı bu formada addımları faydalı hesab etmədiyini bildirib. "Hər halda bu formada dirənişin ölkəmiz üçün faydalı olacağını düşünmürəm və daha fərqli, orta məxrəcə gətirən yolların tapılmasının vacibliyini düşünürəm" — deyə millət vəkili bildirib.

2582
Teqlər:
Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi, Rövşən Rzayev, "ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında", Milli Məclis, deputat, Fazil Mustafa, ABŞ, Azərbaycan
Əlaqədar
Azərbaycan ABŞ siyasi elitasını ölkəyə buraxmaya bilər
ABŞ-dakı erməni lobbisi öz ampluasındadır
ABŞ Azərbaycanı diz çökdürmək istəyir
ABŞ-da Azərbaycan əleyhinə aktı yəhudi lobbisi əngəlləyə bilər