MRTŞ ANS-i 161 000 manat cərimələdi

© day.azANS
ANS - Sputnik Azərbaycan
Abunə olmaq
Space kanalına da xəbərdarlıq edildi

BAKI, 23 dek-Sputnik. Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.

Sputnik MTRŞ-nin məlumatına istinadla xəbər verir ki, iclasda "ANS ÇM" radiosunun yayımı zamanı "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun və "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə əlaqədar 09 dekabr 2011-ci il tarixdə tərtib edilmiş və "ANS Müstəqil Yayım və Media Şirkətinə" göndərilmiş TR 15, TR 16, TR 17, TR 18, TR 19, TR 20, TR 21, TR 22, TR 23, TR 24, TR 25, TR 26, TR 27 saylı, 10 dekabr 2015-ci il tarixdə tərtib edilmiş "ANS Müstəqil Yayım və Media Şirkətinə" göndərilmiş TR 28, TR 29, TR 30, TR 31, TR 32, TR 33, TR 34, TR 35 saylı, 11 dekabr 2015-ci il tarixdə tərtib edilmiş "ANS Müstəqil Yayım və Media Şirkətinə" göndərilmiş TR 36, TR 37, TR 38, TR 39, TR 40 saylı inzibati protokollar üzrə inzibati xətalara dair işlərə baxılıb.

Məhkəmə çəkici - Sputnik Azərbaycan
CƏMİYYƏT
Məhkəmə ANS-in MTRŞ-ya qarşı iddiasını təmin etməyib

"ANS ÇM" radiosunun yayımı zamanı "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 35.4-cü maddəsinin və "Reklam haqqında" Qanunun 20.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar "ANS Müstəqil Yayım və Media Şirkəti" Milli Televiziya və Radio Şurasının 12/1 saylı qərarına əsasən, 5000 (beş min) manat, 12/2 saylı qərarına əsasən, 5000 (beş min) manat, 12/3 saylı qərarına əsasən, 5000 (beş min) manat, 12/4 saylı qərarına əsasən 5000 (beş min) manat, 12/5 saylı qərarına əsasən 5000 (beş min) manat, 12/6 saylı qərarına əsasən 5000 (beş min) manat, 12/7 saylı qərarına əsasən 5000 (beş min) manat, 12/8 saylı qərarına əsasən 5000 (beş min) manat, 12/9 saylı qərarına əsasən 5000 (beş min) manat, 12/10 saylı qərarına əsasən 5000 (beş min) manat, 12/11 saylı qərarına əsasən 5000 (beş min) manat, 12/12 saylı qərarına əsasən 5000 (beş min) manat, 12/13 saylı qərarına əsasən 5000 (beş min) manat, 12/14 saylı qərarına əsasən 7000 (yeddi min) manat, 12/15 saylı qərarına əsasən 7000 (yeddi min) manat, 12/16 saylı qərarına əsasən 7000 (yeddi min) manat, 12/17 saylı qərarına əsasən 7000 (yeddi min) manat, 12/18 saylı qərarına əsasən 7000 (yeddi min) manat, 12/19 saylı qərarına əsasən 7000 (yeddi min) manat, 12/20 saylı qərarına əsasən 7000 (yeddi min) manat, 12/21 saylı qərarına əsasən 7000 (yeddi min) manat, 12/22 saylı qərarına əsasən 8000 (səkkiz min) manat, 12/23 saylı qərarına əsasən 8000 (səkkiz min) manat, 12/24 saylı qərarına əsasən 8000 (səkkiz min) manat, 12/25 saylı qərarına əsasən 8000 (səkkiz min) manat, 12/26 saylı qərarına əsasən 8000 (səkkiz min) manat, ümumilikdə isə 161 000 (yüz altmış bir min) manat məbləğində cərimə edilib.

Şura iclasında, həmçinin "Space" televiziyasında yayımlanan "Sevimli şou" və "Məhəbbət əhvalatları" verilişləri müzakirə edilib, həmin verilişlərin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, efir mədəniyyətinə zidd olduğu xüsusi vurğulanıb. Eyni zamanda bu cür verilişlərin tamaşaçıların haqlı narazılığına səbəb olduğu qeyd edilib. Space televiziyasında yayımlanan "Sevimli şou" və "Məhəbbət əhvalatları" verilişlərində teleradio fəaliyyətinin əsas prinsiplərinin, proqrama verilmiş tələblərin pozulduğu nəzərə alınaraq, "Space" televiziyasına xəbərdarlıq elan edilib.

Xəbər lenti
0