CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

MTN Antiterror Mərkəzinini sabiq rəis müavini bu gün dəfn olunacaq

© podrobnosti.mk.uaПовешение. Архивное фото
Повешение. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Mərhumun meyiti ötən gün gecə ailə üzvlərinə təhvil verilib.

BAKI, 21 dek-Sputnik. Ləğv olunan MTN Antiterror Mərkəzinin rəis müavini, ötən gün təcridxanada intihar edən İlqar Əliyev bu gün dəfn olunacaq.

həbsxana - Sputnik Azərbaycan
MTN-in Antiterror Mərkəzinin sabiq rəis müavini özünü həbsxanada asdı

Sputnik-in məlumatına görə, bu barədə APA-ya mərhumun vəkili Rəşad Mirmehdizadə bildirib. O deyib ki, mərhumun meyiti ötən gün gecə ailə üzvlərinə təhvil verilib və o, bu gün dəfn ediləcəyini bildirib.

İlqar Əliyev dekabrın 20-də saxlanıldığı Bakı İstintaq təcridxanasının kamerasında özünü asaraq intihar edib.

Fakt üzrə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Xəbər lenti
0