Türkiyə televiziyasında yanğın baş verib

© HurriyetKanal G-də yanğın
Kanal G-də yanğın - Sputnik Azərbaycan
Abunə olmaq
Studiyalardan birində partlayış səsi eşidildikdən sonra redaksiya yanmağa başlayıb.

BAKI, 18 dek-sputnik. Türkiyənin İstanbul şəhərində Çekmeköy Məhəlləsində yerləşən Kanal G televiziyasının zirzəmisindəki studiyada yanğın baş verib. Sputnik Türkiyənin "Hürriyət" qəzetinə istinadən xəbər verir ki, 1-i ağır olmaqla 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Kanal G-nin icraçı orqanının üzvü Necati Selvitop "İçəridə işləyərkən yanğın başladı. Bəzi yoldaşlarımız yaralandı. Yaralılar xəstəxanaya aparıldı" — deyə bildirib.

Yanğın yanğınsöndürmə qrupları tərəfindən nəzarətə alınıb və söndürülüb.
Kanal G televiziyasındakı yanğının hansı səbəblərdən baş verdiyi məlum deyil. Sadəcə yerli media yanğından əvvəl partlayış səsinin eşidildiyini və bundan sonra yanğın başladığını yazıb.

Kanal G ilk dəfə Giresun şəhərində regional telekanal olaraq fəaliyyətə başlayıb.

Xəbər lenti
0