Ильхам Алиев и Серж Саргсян

İlham Əliyev Serj Sarkisyanla görüşmək üçün Bernə gedib

76
(Yenilənib 18:15 18.12.2015)

BAKI, 18 dek-Sputnik. Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə iştirak etmək üçün İsveçrə Konfederasiyasının Bern şəhərinə gedib.

 

Sputnik xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Bir qədər əvvəl ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün "twitter" hesabında yazmışdı ki, "prezidentlər İlham Əliyev və Serj Sarkisyanın Dağlıq Qarabağla bağlı vacib danışıqlar üçün görüşəcəyini gözləyirik".

76
Teqlər:
Azərbaycan Prezidentinin Mətbuat Xidməti, İsveçrə Konfederasiyası, Bern, Ceyms Uorlik, Twitter, Dağlıq Qarabağ, ATƏT-in Minsk qrupu, Prezident İlham Əliyev
Əlaqədar
Ceyms Uorlik: Prezidentlər vacib danışıqlar üçün görüşəcəklər
İlham Əliyev və Serj Sarkisyan İsveçrədə görüşəcəklər
Prezidentlər görüşərlərsə...
Həmsədrlər İlham Əliyev-Serj Sarkısyan görüşünü dəstəklədilər