Михаил Саакашвили и Арсен Аваков

Arsen Avakov Mixael Saakaşvilini məhkəməyə verib

45
(Yenilənib 11:50 18.12.2015)
Ukraynanın daxili işlər naziri: Bir insanın oğru olduğunu deyərkən bunun arxasında durmaq lazımdır.

BAKI, 18 dek-Sputnik. Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili məhkəmə qarşısına çıxmalı olacaq. Buna səbəb prezident yanında Milli İslahat Şurasının iclasında Ukraynanın daxili işlər naziri Arsen Avakovunun ünvanına səsləndirdiyi korrupsiya və oğurluq barədə ittihamlardır.

 

Sputnik-in məlumatına görə, Avakov Ukraynanın "1+1" telekanalının canlı efirində Mixail Saakaşvilini məhkəməyə verdiyini bildirib.

"Mən cənab Saakaşvilini məhkəməyə vermişəm. İnsanın oğru olduğunu deyəndən sonra gərək bunun arxasında da durasan. Bildiyim qədər, cənab Yatsenyuk da məhkəməyə müraciət etməyə hazırlaşır" — deyə Avakov bildirib.

Milli İslahat Şurasının iclasında Mixail Saakaşvili Ukraynanın baş nazirini və daxili işlər nazirini korrupsiyada ittiham edib. Avakov buna adekvat olaraq Saakaşvilini təhqir edib. Nəticədə bu iki şəxs arasında insident yaranıb. Avakov Saakaşvilinin üstünə içi su ilə dolu olan stəkan atıb və onun ünvanına kəskin ifadələr işlədərək Ukraynanı tərk etməyə çağırıb.

45
Teqlər:
Arseni Yatsenyuk, Yatsenyuk, Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili, Gürcüstanın sabiq prezidenti, "1+1" telekanal, Arsen Avakov, Mixail Saakaşvili
Əlaqədar
Saakaşvili Avakovla dalaşdığı iclasın videosunu paylaşdı
Türkiyə hərbi helikopter, arxiv şəkli

Amerika Türkiyə ilə Pakistanın işinə qarışdı, müqaviləyə qadağa qoydu

5
(Yenilənib 13:54 08.03.2021)
2018-ci ilin iyulunda Türkiyə ilə Pakistan 30 ATAK zərbə vertolyotunun tədarükü barədə razılaşma imzalamışdı. Bu, müdafiə sənayesi sahəsində birdəfəlik tədarük üzrə Türkiyənin ən böyük müqavilələrindən hesab olunurdu

BAKI, 8 mart - Sputnik. ABŞ Türkiyənin 30 ədəd ATAK zərbə vertolyotunun Pakistana tədarükünə mane olub. Böyük ehtimalla həmin vertolyotları Çin alacaq. 

S-400 zenit-raket sistemi, arxiv şəkli
© AFP 2021 / DIMITAR DILKOFF

Sputnik Azərbaycan bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın Bloomberg-ə Rusiyadan alınan S-400 ZRK-ya görə ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiyalar barədə danışarkən deyib. 

2018-ci ilin iyulunda Türkiyə ilə Pakistan 30 ATAK zərbə vertolyotunun tədarükü barədə razılaşma imzalamışdı. Bu, müdafiə sənayesi sahəsində birdəfəlik tədarük üzrə Türkiyənin ən böyük müqavilələrindən hesab olunurdu. Dəyəri 1,5 milyard dollar qiymətləndirilən müqavilə Türkiyənin Rusiyadan S-400 ZRK aldığına görə ABŞ-ın qardaş ölkəyə mühərriklərin ixracına lisenziya verməkdən imtina etməsi səbəbilə gerçəkləşməyib. Türkiyə hazırda vertolyot mühərriklərinin işlənib-hazırlanması üzrə iş aparır.

"ABŞ bizim Pakistana vertolyot satmaq planımızı yarıda qoydu. Bunun nəticəsində, tender, çox güman ki, Çinə qismət olacaq, uduzan isə ABŞ olacaq", - Kalın söyləyib.

Kalın xatırladıb ki, Türkiyə ABŞ-ın Patriot sistemini almaq istəsə də, ABŞ-dan təsdiq cavabı gəlməmişdi. Türkiyənin NATO-dakı digər tərəfdaşı Fransa isə Еurosаm fransız-italyan konserninin HHM sistemi üzrə Ankarayla aparılan danışıqları Suriya məsələsinə görə dondurmuşdu.

"Türkiyə Rusiya ilə fikir ayrılıqlarını konstruktiv dialoq sayəsində həll edir, eyni işi ABŞ-la da görə bilərik", - Türkiyə Prezidentinin sözçüsü deyib.

 

5
Teqlər:
İbrahim Kalın, sanksiya, müqavilə, tədarük, vertolyot, helikopter, Pakistan, Türkiyә, ABŞ

Zəngilan rayonunun Qaragöz kəndi - VİDEO

2
(Yenilənib 13:28 08.03.2021)
1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal olunan Qaragöz kəndini Azərbaycan Silahlı Qüvvələri 2020-ci il noyabrın 9-da erməni tapdağından xilas ediblər

BAKI, 8 mart — Sputnik. Azərbaycan Müdafiə Nazirliyi Zəngilan rayonunun Qaragöz kəndindən videogörüntülər yayıb.

Sputnik Azərbaycan görüntüləri təqdim edir.

Kənd Bəsitçayın sahilində, düzənlikdədir. Mənşəcə turkdilli inan tayfasının qaragöz qolunun adındandır. Hazırda qaragözlülör İranın Fars əyalətində inanlı tayfa birləşməsinin tərkibində yaşayırlar.

1993-cü ildə Ermənistan ordusu tərəfindən işğal olunan kəndi Azərbaycan Silahlı Qüvvələri 2020-ci il noyabrın 9-da erməni tapdağından xilas ediblər.

2
Teqlər:
Azərbaycan Müdafiə Nazirliyi, video, kənd, Zəngilan, Azərbaycan, Qarabağ