TBMM-in sədri Azərbaycana gəlir

© sakarya54İsmayıl Qəhrəman - TBMM-in sədri
İsmayıl Qəhrəman - TBMM-in sədri - Sputnik Azərbaycan
Abunə olmaq
Birgünlük səfər çərçivəsində Türkiyə və Azərbaycan parlamentləri arasındakı əlaqələr, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunacaq.

BAKI, 18 dek-Sputnik. Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Qəhrəman dekabrın 21-də Azərbaycana gələcək.

Sputnik Azərbaycan Milli Məclisinin saytına istinadən xəbər verir ki, səfər çərçivəsində İsmayıl Qəhrəman Azərbaycanın rəsmi şəxsləri, o cümlədən, Milli Məclisin sədri Oqtay Əsədovla görüşəcək. Birgünlük səfər çərçivəsində Türkiyə və Azərbaycan parlamentləri arasındakı əlaqələr, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunacaq.

İsmayıl Qəhrəman Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) İstanbulun millət vəkili seçilib. O, bu il noyabrın 22-də 316 səslə TBMM-nin 27-ci sədri seçilib.

Xəbər lenti
0